Bu günlərdə internetdə Volvo XC40 krossoverinin seriya variantının fotoşəkli peyda olub. Dərc edilən fotoşəkildə avtomobilin arxa hissəsinin fraqmenti təsvir edilib. Şəkli İsveç istehsalçısının alman ofisinin saytında dərc edilibmiş. Lakin, sonradan şəkil silinib. Buna baxmayaraq, istifadəçilər şəkli köçürməyə müvəffəq olublar.
Bir müddət bundan öncə Volvo XC40 krossoverinin ilk tizerlərini dərc edilib. Lakin, həmin tizerlər bir qədər qeyri-adi üslubda olublar.
Tizerlərin əsas məqsədi yeni Volvo XC40 krossoverinin fərdiləşdirmə imkanlarını göstərməkdir. Tizerlərdən məlum olduğu kimi Volvo XC40 modelinin kuzovunu bir rəngdən əlavə iki rəngli sxemlə də sifariş etmək mümkün olacaqdır. Bundan başqa, avtomobilin interyerinin tərtibatında da geniş çeşiddə materiallardan və rənglərdən istifadə ediləcəkdir. Rənglərə misal olaraq Lava Orange və Oxide Red rənglərini misal gətirmək olar.
Volvo XC40 modelinin seriya variantının Volvo şirkətinin Geely şirkəti ilə birgə hazırladıqları CMA (Compact Modular Architecture) adlı modul platformasında yığılacağı da məlumdur.