Volvo şirkətinin yığcam krossoveri olacaq XC40 modeli 2018-ci ilin əvvəlində təqdim ediləcəkdir. Bu barədə “Autocar” nəşrin isveç şirkətinin tədqiqatlar və inkişaf sahəsinə nəzarət edən vitse-prezidenti Peter Merdens məlumat vermişdir. Əvvəllər Volvo XC40 modelinin 2017-ci ildə buraxılacağı bildirilmişdir.

Bu ilin may ayında İsveç istehsalçısı XC40 və V40 modellərinin növbəti nəsillərinin prototiplərini nümayiş etdirmişdi. Bu prototiplər CMA modul platformasında yığılmışdırlar. Yeni modul platforması Çinin Geely şirkəti ilə Volvo şirkətinin birgə məhsuludur. Bu şassi “40-cı seriyadan” olan bütün avtomobillərin əsasını təşkil edəcəkdir. Bu seriyaya krossover və hetçbekdən başqa sedan və universal kuzovlu modellər də daxil olacaqdır.  Bir müddət əvvəl fotocəsuslar XC40 modelinin test prototipinin şəkillərini çəkmişdilər.

Yeni nəsil yığcam Volvo modellərinin istehsalı Belçikanın Gente şəhərində təşkil  ediləcəkdir. Bundan başqa, Volvo rəhbərliyi avtomobillərin istehsalının Çin Xalq Respublikasında da yerləşdirilməsi barədə müzakirələr aparırlar.