Elektromobillərə tam keçid strategiyası ilə yanılan Volvo Cars yanacaqla işləyən modellərinin istehsal müddətini uzatmağa çalışır. Keçən il yenilənmiş flaqman krossoveri - Volvo XC90 modeli nümayiş etdirilib. Xatırladaq ki, bu krossoverin ikinci nəsli artıq 10 ildir buraxılır. Kiçik Volvo XC60 modeli daha gəncdir - onun ikinci nəsli 2017-ci ildə debüt edib. Bununla belə, modelin istehsal dövrünü uzatmaq üçün, Volvo yığcam krossoverin ikinci restaylinqini həyata keçirib.

Yenilənmə XC90 modeli ilə müqayisədə o qədər də genişmiqyaslı olmayıb: işıqlandırma texnikası və bamperlər dəyişməyiblər. Eksteryerdə baş vermiş dəyişikliklər diaqonal zolaqları olan yeni radiator barmaqlığı, tündləşdirilmiş arxa fənərlər, yenidən nəzərdən keçirilmiş təkər diskləri dəsti (18-dən 22 düymədək) və kuzov rənglərinin genişləndirilmiş palitrasından ibarətdiır. Bundan başqa, bamperlərin daha aqressiv dizaynını ehtiva edən R-Line paketi də var.

İnteryerdəki əsas dəyişiklik, işləmə sürətini iki dəfədən çox artırmağa imkan verən Snapdragon çipini almış yeni müasir media sistemidir. Ekranın diaqonalı 9,0-dan 11,2 düymədək artırılıb, ona görə də onun korpusu ön panelin üzərində yüksəlir. Multimedia sisteminin özündə yeni qrafikanı, bir sıra Google proqramlarını və “hava üzərindən” yenilənmə funksiyasını alıb.

Salondakı baş vermiş qalan dəyişikliklər cüzidir. Məsələn, mərkəzi tuneldəki fincan tutacaqları böyüdülüb, smartfonlar üçün simsiz enerji doldurma sahəsi genişləndilib, Bowers & Wilkins audiosisteminin dinamiklərinin yeni barmaqlıqları peyda olublar. Virtual cihazlar paneli (12,3 düym) standart avadanlıqdır, tərtibat materiallarının çeşidinə isə, yenidən baxılıb.

Texniki hissədə heç bir dəyişiklik yoxdur. Son illərdə Volvo XC60 krossoverinin modifikasiya çeşidi əhəmiyyətli dərəcədə ixtisara salınıb, dizel və əksər benzin variantlarından imtina edilib, odur ki, hazırda çeşiddə yalnız üç modifikasiya var. Baza versiyası 2,0-litrlik dördsilindrli mühərrik (250 at gücü), 48 voltluq startyor-generator, səkkiz pilləli avtomatik transmissiya və arxa oxu qoşma muftası olan ənənəvi tam ötürməsi olan “mülayim” XC60 B5 hibrididir.

Qalan iki versiya - arxa oxda ayrıca elektrik mühərriki (145 at qüvvəsi) və 18,8 kilovat/saatlıq dartma batareyası olan plagin hibridləridir. Onlar yalnız səkkiz pilləli avtomat vasitəsilə ön təkərləri hərəkətə gətirən 2,0-litrlik “turbodördlüyün” gücü ilə fərqlənirlər: güc aqreqatı T6 versiyasında 253 at qüvvəsi, T8 versiyasında isə, 310 at qüvvəsi hasil edir. Hibrid sistemin maksimal gücünün müvafiq olaraq, 350 və 455 at qüvvəsi olduğu iddia edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Volvo XC60 krossoverlərini artıq Avropada sifariş etmək mümkündür. Məsələn, Almaniyada “yumşaq” hibridin qiyməti 57 390 avrodan başlayır. Bununla belə, təkmilləşdirməsiz də XC60 modeli əla satış nəticələri göstərir. Krossover 2024-cü ili rekord nəticə ilə başa vurub: dünya üzrə 231 min avtomobil satılıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.