Volvo şirkəti yeni nəsil XC60 avtomobilini 21 avqust tarixində baş verəcək tam günəş tutulmasını izləmək üçün uyğunlaşdırıb. Bunun üçün panoram tavanı olan krossoverin olması gərəkdir.
Yenilik çoxlu sayda mikroskopik nöqtələrə malik olan və maqnit karkasa bərkidilən xüsusi materialdır. Bu materialı avtomobilin tavanında quraşdıraraq, bütün sərnişinlərin xüsusi eynəklər olmadan günəş tutulmasına baxmasını təmin etmək olar. Avadanlıq günəş tutulmasının müşahidə ediləcəyi Oreqon, Aydaho, Nebraska, Missuri və Cənubi Karolina ştatlarında satılacaqdır.
Qarşıdan gələn hadisə Böyük amerikan günəş tutulması adlandırılıb.
Bu Amerika Birləşmiş Ştatlarının yaradılmasından sonra (1776 ildə) baş verəcək ilk belə günəş tutulmasıdır. Tutulmanın tam fazasını yalnız ABŞ-ın ərazisindən müşahidə etmək olar.