Volvo şirkəti öz model çeşidinin elektrikləşdirilməsi planını yenidən nəzərdən keçirdiyini elan edib. Bu dəyişikliklərin simvolu isə, ikinci dəfə yenilənən Volvo XC90 krossoveridir.

İlkin strategiyaya görə, o, səhnəni tərk edərək öz yerini EX90 elektrik krossoverinə verməli idi, lakin iki il yarım əvvəl şirkət daxili yanma mühərriki ilə hərəkətə gələn avtomobillərə ehtiyacı olan ənənəvi alıcılarını itirməmək üçün, onların istehsal müddətini uzatmaq qərarına gəlib. Buna görə də, təqdimatından on il sonra XC90 yeni nəfəs əldə edib.

İkinci restaylinq 2019-cu ildə baş verən birinci yenilənmədən daha geniş olub. Krossover yeni daraldılmış faralara, fərqli ön bamperə və radiator barmaqlığının qeyri-adi naxışına malikdir. Bu naxış bir növ diaqonal xətti olan firma emblemini xatırlatmalıdır.

Arxa hissə isə, nəzərəçarpacaq dəyişikliklərə məruz qalmayıb, lakin arxa fənərələrin əksetdirici linzaları tündləşdirilib və səsboğucu sistemin arxa bamperdəki  çıxış boruları yoxa çıxıblar (onlar plastikdən ətəyin altında gizlidirlər). Krossoverin uzunluğu (4953 millimetr) millimetrə qədər eyni qalır. Yeni təkər diskləri variantları peyda olublar.

İnteryerdəki əsas dəyişiklik - ən son Volvo elektromobillərində quraşdırılan yeni müasir media sistemidir. Mərkəzi ekranın diaqonalı 9,2-dən 11,2 düymədək artırılıb, ona görə də ekranın korpusu indi ön paneldən yuxarıda dayanır. Multimedianın özü yeni qrafikaya, bir sıra Google tətbiqlərinə və havadan yeniləmə funksiyasına sahibdir.

Havalandırma deflektorları da dəyişdirilib və mərkəzi tunel yenidən işlənib: əlavə fincan tutacağı, kiçik əşyalar üçün bölmə və simsiz enerji doldurma meydançası peyda olub. Əvvəlki kimi, Volvo XC90 modeli beş, altı və ya yeddi oturacaqlı ola bilər (sonuncu iki variant üçüncü cərgə ilə). Tərtibatda təkrar emal edilmiş materiallardan istifadə genişləndirilib.

Amma praktiki olaraq heç bir texniki yenilik yoxdur. Volvo daxili yanma mühərriklərinin ömrünü uzatsa da, onları yalnız gələcək ekoloji standartlara cavab vermək üçün modernləşdirəcək.

Yeganə D5 dizel versiyası çeşiddən çıxarılıb (belə krossoverlərin istehsalı yazda dayandırılıb), ona görə də 2,0-litrlik benzin “turbodördlüyü”, səkkiz pilləli avtomatik transmissiya və tam ötürmə ilə təchiz edilmiş üç modifikasiya qalıb. Baza asqsı - öndə yaylar, arxada isə, köndələn ressora malikdir. Əlavə ödəniş qarşılığında ön və arxa pnevmatik dayaqları sifariş etmək olar.

B5 (250 at qüvvəsi, 360 Nm) və B6 (300 at qüvvəsi, 420 Nm) versiyaları işə başlayanda yerindən tərpənmə zamanı kömək edən 48 voltluq startyor-generatoru (14 at qüvvəsi, 40 Nm) olan “yumşaq” hibridlərdir.

Bu halda tam ötürməli transmissiya arxa oxda muftası olan "mexaniki" sistemdir. Bununla belə, belə dəyişikliklər yalnız Avropadan kənarda əlçatan olacaqlar. Volvo XC90 T8 modelio təkrar doldurulan hibriddir ki, burada daxili yanma mühərriki (310 at qüvvəsi, 400 Nm) ön təkərləri hərəkətə gətirir, arxada isə ayrıca dartma elektrik mühərriki (145 at qüvvəsi, 309 Nm) quraşdırılıb. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mərkəzi tuneldə yerləşən dartma batareyasının tutumu 9,2-dən 14,7 kilovat/saatadək artırılıb. Elektrik rejimində krossover WLTP dövrü üzrə 63 kilometr məsafə qət edə bilir, ümumi yürüş məsafəsi isə, 800 kilometri keçir.

Yenilənmiş Volvo XC90 krossoverlərinin İsveçdəki istehsalına yaxın vaxtlarda başlanılmalıdir. Satışlara ilin sonuna qədər start verilməlidir, lakin qiymətlər artıq məlumdur. Məsələn, Almaniyada təkrar doldurulan T8 hibridi üçün minimum 87 500 avro tələb olunur. ABŞ bazarı üçün də satış qiymətləri açıqlanıb: yumşaq hibridin qiyməti 58 450 dollardan, XC90 T8 plagin hibridinin isə, 73 000 dollardan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.