Bu il Volvo XC90 modelinin yeni nəsli debüt etməlidir - elektrik ötürməsi ilə hərəkətə gələcək krossoverin Embla adlandırılacağı gözlənilir. Buna baxmayaraq, İsveç markası krossoverin cari nəslini istefaya göndərmək fikrində deyil.
İsveç istehsalçısının rəhbəri Hokan Samuelssona istinad edən Automotive News Europe nəşri, Volvo XC90 modelinin yenilənəcəyini və konveyerdə ən azı bir neçə il keçirəcəyini iddia edir. Bu qərar krossoverin azalmayan populyarlığı ilə izah edilir: ötən il Volvo XC90 modeli İsveç markasının ən çox satılan üçüncü avtomobili olub.
İkinci nəsil Volvo XC90 krossoveri 2015-ci ildən satılır və sonuncu dəfə 2019-cu ildə restaylinqdən keçib. Əvvəllər XC90 modelinin Volvo markasının yanacaqla çalışan son avtomobili olacağı bildirilmişdi. Volvo daxili yanma mühərriklərinin qanunla qadağan olunmasına, yəni 2030-cu ilə qədər tamamilə elektrik ötürməsinə keçməyə çalışır.
Volvo XC90 modelinin gələcək restaylinqinin “kosmetik” xarakter daşıyacağı bildirilir. Bir sözlə, krossoverin görünüşündə qlobal dəyişikliklərin baş verəcəyini gözləmək lazım deyil. XC90 modelinin XC40 krossoveri ilə eyni ssenari üzrə yenilənəcəyini gösləmək olar – buraxılış sisteminin çıxış boruları bamperin altında gizlədiləcək, işıq texnikasına yenidən nəzərdən keçiriləcək, nəhayət, multimedia sistemi müasirləşdiriləcəkdir.
Hazırki Volvo XC90 modeli şirkətin Göteborqdakı zavodunda istehsal olunur. Model elektrikləşdirilmiş güc qurğuları ilə buraxılır: bunlar ya startyor-generatoru olan daxili yanma mühərrikləri, və ya tamölçülü qolulan hibrid (PHEV) güc qurğularıdır. Gələcək XC90/Embla elektromobilinə gəldikdə isə, onun buraxılışı Polestar 3 modeli ilə birlikdə Volvo şirkətinin Cənubi Karolinadakı zavodunda təşkil ediləcəkdir.
Volvo şirkətinin satış statistikasına əsasən, 2021-ci ildə dünya üzrə 108,2 min XC90 modeli satılıb ki, bu da “koronaviruslu” 2020-ci ildəkindən 17% çoxdur. Qlobal bazarda populyarlığına görə, XC90 modeli XC60 (215,6 min) və XC40 (201 min) krossoverlərindən geridə qalır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.