Volvo tərəfindən dərc olunmuş yeni tizer dəstində yığcam EX30 krossoverinin həm eksteryer detalları, həm də interyer tərtibatı göstərilir. Əgər konfiquratordan “sızdırılma” sayəsində yeniliyin görünüşü artıq sırr olmaqdan çıxıbsa, onun interyerini ilk dəfə nəzərdən keçirmək olar. İnteryerin əsas cəhətləri - böyük şaquli yönümlü planşet-ekran, ekoloji cəhətdən təmiz tərtibat materialları, kiçik əşyalar üçün çoxlu saxlanc yerləri və ənənəvi cihazlar panelinin yoxluğudur.

Ön panelin mərkəzində multimedia sisteminin 12,3-düymlük displeyi durur. Onun yuxarı hissəsində sürücü üçün vacib məlumatlar - elektromobilin sürəti və onun batareyasındakı cərəyanın səviyyəsi göstərilir. Vacib funksiyalar üçün sürətli giriş paneli də var. Axşam və gecə səfərləri üçün azaldılmış parlaqlığı olan “sakit” işıqlandırma rejimi də nəzərdə tutulub.

Maraqlıdır ki, sükan çarxının arxasında heç bir cihazlar paneli yoxdur: yəqin ki, o, ya mərkəzi ekran, ya da ön şüşədə məlumatları əks etdirən proyeksiya displeyi ilə əvəz olunacaqdır. Bununla belə, Volvo proyeksiya displeyinin mövcud olacağı barədə heç bir məlumat verməyib. Eyni həll yolunu casuslar tərəfindən yaxalanmış yeni Mini Cooper modeli də nümayiş etdirib: cihazlar panelinin məlumatları multimedia sisteminin dairəvi ekranında göstərilir.

“Kiçik” elektrik krossoverinin məlumat-əyləncə sistemi Volvo və ECARX şirkətlərinin birgə müəssisə olan HaleyTek tərəfindən hazırlanıb. O, Qualcomm Snapdragon çipi ilə təchiz edilib, 5G bağlantısını və Google proqramlarını - Google Assistant bulud köməkçisini, Google Maps naviqasiyasını və digərlərini dəstəkləyir. Salondakı səsə, ön şüşənin eni boyunca uzanan böyük dinamiki olan Harman Kardon sistemi cavabdehdir.

Bundan əlavə EX30 modelində bir neçə praktik həll yolu tətbiq ediləcəkdir: oturacaqların arxalıqlarında smartfonlar üçün ciblər yerləşdirilib, yükün bagaja yerləşib-yerləşmədiyini müəyyən etmək üçün yük qapısına şkala quraşdırılıb. Son trendə əsasən, Volvo interyeri ekoloji cəhətdən təmiz materiallar, o cümlədən denim, kətan, 70% təkrar emal edilmiş polyesterdən ibarət olan yun qarışığı, habelə tərkibində təkrar emal edilmiş polietilentereftalat olan Nordico eko-dərisi ilə tərtib edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volvo EX30 yığcam elektrik krossoverinin təqdimatı iyunun 7-də keçirilməlidir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.