Volvo şirkəti "qapqara" XC60 krossoverlərinin satışına başlayıb. Orta ölçülü model üçün tərkibinə antrasit rəngində 21-düymlük beşqollu təkər diskləri, tam zavod anti-xromu, interyerin tünd rəngli tərtibatı və genişləndirilmiş standart avadanlıq dəsti daxil olan Black Edition paketi təklif edilir. Hollandiyada Black Edition tərtibatı üçün əlavə ödəniş 1000 - 1500 avro arasında olacaqdır. Bu ölkədə XC60 krossoverinin xüsusi versiyasının qiymətləri 74 995 avrodan başlayır.

Volvo XC60 modelinin Avropada satışları uzun müddətdir ki artmır, ona görə də, xüsusi versiyalar vasitəsilə alıcıların diqqətini cəlb etmək daha məntiqli görünür. Bununla belə, Black Edition paketini orijinal adlandırmaq olmaz: keçən il Şimali Amerikada S60 sedanlarını oxşar reseptə uyğun olaraq təkmilləşdiriblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Maraqlıdır ki, Almaniyada Black Edition nəşri üçün tələb edilən əlavə ödəniş daha yüksəkdir. Səbəb isə təchizatdakı fərqdədir: Volvo bu paketə həmçinin elektriklə tənzimlənən və yaddaş funksiyasın malik olan ön oturacaqları, tam LED fənərləri, virtual cihazlar panelni, lyuku olan panoram damı və “premium” Harman Kardon səs sistemini daxil edib. Salonda qara olmayan yeganə detal anodlaşdırılmış alüminium əlavələrdir. Dəyişikliklər texniki hissəyə təsir etməyib: əvvəlki kiimi B5, T6 və T8 modifikasiyaları əlçatandırlar.

Bu il Volvo şirkətindən səs-küylü təqdimatlar gözlənilir: qeyri-rəsmi məlumatlara görə, İsveç istehsalçısı elektrik ötürməsi ilə hərəkətə gələn premium miniven üzərində işləyir. Çox güman ki, dəbdəbəli minivenin əsas satış bazarı Çin olacaqdır. Belə minivenlər çinli iş adamları arasında çox populyardılar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.