Dongfeng konserninin tərkibinə daxil olan Voyah markası üçüncü seriya modelini təqdim edib. Free krossoveri və Dreamer miniveninin ardınca adı Çin dilindən tərcümədə "işığı təqib edən" kimi tərcümə olunan Zhuiguang (追光) sedanı işıq üzü görüb. Bu model ailənin sonuncu fərdidir. Ən maraqlısı odur ki, Voyah brendinin tarixi 2020-ci ilin yayında nümayiş etdirilmiş konseptual i-Land sedanı ilə başlayıb.

Bu iri və yaxşı təchiz olunmuş avtomobildir. Çin bazarında onun əsas rəqibləri BYD Han EV və Nio ET7 sedanları olacaqlar. Zhuiguang modelinin uzunluğu 5088 millimetr, eni - 1970 millimetr, hündürlüyü isə 1505 millimetrdir. Sedanın 3000 millimetrlik təkər bazası və standart 20-düymlük təkər diskləri var. Arxada irəli çıxan spoyler quraşdırılıb ki, bu da yüksək sürətlərdə 40 kiloqrama bərabər olan yerəbasma qüvvəsi yaradır. Cx 0.225 olan sürtünmə əmsalı rekord deyil, lakin yenə də görkəmli nəticədir.

Sedan, krossover və miniven ilə eyni ESSA (Electric Smart Secure Architecture) modul platformasında inşa olunub. Bu platformanın arxitekturası Çin avtomobil sənayesi üçün xarakterik deyil: öndə ikiqollu, arxada isə çoxqollu asqı var. Avtomobil təchizatına tənzimlənən pnevmoballonlar və adaptiv amortizatorlar daxildir. Bundan başqa, Voyah Zhuiguang sedanının arsenalında 12 kamera, 12 ultrasəs radarı, beş millimetrlik radar və iki GPS qurğusu olan ikinci səviyyəli avtopilot da var.

Hələlik sedanın yalnız sırf elektrik versiyaları təqdim olunub, sonradan batareyanı doldurmaq üçün generator rolunu oynayan benzin mühərriki olan ardıcıl hibrid də buraxılacaqdır. Elektrokar tam ötürmə ilə təchiz olunub: ön mühərrik 218 at qüvvəsi, arxa mühərrik isə 292 at qüvvəsinə malikdir. Hibrid sistemin ümumi hasilat  510 at qüvvəsi və 730 Nm-dir.

Sedan üçün iki dartma batareyası təklif edilir. Standart 82,1 kilovat/saatlıq batareya 580 kilometrlik (CLTC dövrü üzrə), Long Range versiyasındakı 108,7 kilovat/saatlıq batareya isə 730 kilometrlik yürüyüş üçün kifayət etməlidir. İstənilən halda, Zhuiguang "yeyin" DC terminallarından yükləməni dəstəkləyir: 10 dəqiqə ərzində 230 kilometrlik yürüş ehtiyatını bərpa etmək mümkündür. Maksimal sürət baza versiyada 210 km/saat, uzun mənzilli versiyada isə 205 km/saat təşkil edir. Lakin hər iki versiyanın 100 km/saat həddinə sürətlənmə vaxtı eynidir: 3,8 saniyə.

Sedanın salon tərtibatı digər Voyah modelləri ilə bənzərdir, bununla belə, ön panel qaldırıcı mexanizmdən məhrum edilib. Önün üzərində hər birinin diaqonalı 12,3 düym olan üç ekran yerləşir, daha bir sensorlu displey mərkəzi konsolu əvəzləyib, sürücünün qarşısında isə proyeksiya displeyi var. Arxa sərnişinlər də mərkəzi dirsəkaltıda gizlədilmiş yeddi düymlük taçskrinə malikdirlər.

Aparat düymələri ümumiyyətlə yoxdur: sükan çarxındakı bloklar və hətta qapılardakı elektrik şüşəqaldıranların idarəetmə düymələri də sensorludurlar. Lakin bütün salonda işləyən qabaqcıl səslə idarəetmə sistemi var: məsələn, elektronika səs əmrinin klimat-kontrolun dörd zonasından hansı üçün verildiyini tanıyır. Formal olaraq salon beş nəfərlikdir, lakin yalnız dörd oturacaq isitmə, havalandırma və vibrasiya masajı ilə təchiz edilibr. İki bölməli panoram dam da var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çində Voyah Zhuiguang sedanlarının satışına qışın sonunda başlanmalıdır. Standart sedanın qiyməti 46.000 dollardan başlayır, Long Range versiyası üçün isə 62.000 dollar istənilir. Amma başqa bir sxem də nəzərdə tutulub: avtomobili batareyasız da almaq olar, bu halda sedan müvafiq olaraq 28 min və 36 min dollara başa gələcəkdir. Dartma batareyasını isə icarəyə götürmək olar: əsas batareya üçün ayda 241 dollar, təkmilləşdirilmiş batareya üçün isə 323 dollar ödəmək gərəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.