Volkswagen Arteon liftbekinin yenilənmiş variantının sınaq prototiplərinin casuslar tərəfindən çəkilən şəkilləri kifayət qədərdir. Lakin, bu gün alman istehsalçısı modeldə baş vermiş əhəmiyyətli dəyişiklikləri təsdiqləyərək, yenilənmiş Arteon modelinin debüt tarixini də açıqlayıb. Yenilənmədən keçmiş model iyunun 24-də təqdim ediləcəkdir. Həmin gün alman istehsalçısının bir dəfəyə dörd avtomobili nümayiş etdirəcəyi də istina deyil.
Dərc edilən ilk tizer, əlbəttə ki, həm avtomobillərin nisbətlərini, həm də ümumi effektivliklərini bir qədər şişirdir. Bununla belə, dizayner eskizləri Arteon modelinin səkkizinci nəsil Golf hetçbekinin üslubunda olan yeni optikaya, radiator barmaqlığı boyu uzanani LED zolağa və digər kosmetik dəyişikliklərə sahib olacağını aydın nümayiş etdirir.
Lakin, yeniliklər bunlarla məhdudlaşmır: əslində ilk tizer, VW şirkətinin Arteon modelinin universal kuzovlu buraxacağının ilk rəsmi təsdiqidir (baxmayaraq ki, almanlar bu kuzovu “şutinq-brek” adlandırmağı üstün tuturlar). Aydındır ki, Volkswagen Arteon Shooting Brake universalı adi Passat Variant modelinin daha yaraşıqlı alternativinə, eyni zamanda, liftbekin daha praktik versiyasına çevriləcəkdir.
Təkmilləşdirilmiş eksteryer və yeni kuzov ilə yanaşı, VW Arteon yeni elektron “fişkaları” da əldə etməlidir – bunlara misal kimi, daha məhsuldar MIB3multimedia sistemini və birlikdə ümumilikdə ikinci səviyyəli avtopilot yaradan elektron köməkçi kompleksini göstərmək olar. “Avtopilot” 210 km/saat həddinə qədər olan sürətlərdə çalışacaqdırr. Ekoloji cəhətdən yaxşılaşdırılmış mühərrik çeşidi də vəd edilib. Bu çeşidin təkrar doldurulan hibrid güc aqreqatı ilə tamamlanacağı da gözlənilir.
Bununla belə, R indeksini daşıyan "bərkgedən" Arteon modelinin sonrakı taleyi barədə rəsmi məlumat yoxdur. Bu modelin liftbek və “şutinq breyk” ilə birlikdə göstərilməsi də mümkündür, amma, böyük ehtimalla alman istehsalçısı bunu bir qədər sonra həyata keçirəcəkdir. Şayiələrə görə, Arteon R təxminən 330 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrik ilə təchiz ediləcəkdir. Eyni zamanda,digər bir versiyaya görə, "bərkgedən" model 400 at qüvvəli 3,0-litrlik VR6 mühərrikini əldə edə bilər.