Volkswagen şirkəti yenilənmiş Caddy modelinin növbəti sketçlərini dərc edib. Avtomobil zahiri cəhətdən dəyişikliklərə məruz qalsa da, tanınan cizgilərini qoruyub-saxlamağa müvəffəq olub.
Yenilənmiş Caddy modelinin əsasında səkkizinici nəsil Golf modelinin də inşa edildiyi MQB Evo arxitekturası durur. VW Caddy modelinin sərnişin variantının kuzovunun arxa çıxışı qısalsa da, onun uzunluğu və eni artırılıb. Yük modifikasiyasına gəldikdə isə, avtomobilin yükgötürmə qabiliyyəti də artırılıbdır.
Eskizlərdəki avtomobilin müasir üslubda dizayn Edilmiş LED fənərlər malik olduğu da diqqəti çəkir. Bundan başqa, Caddy iri bamperlərə və iri ölçülü disklərə də sahib olub. Avtomobilin texniki hissəsi barədə məlumat verilmir. Yenilənmiş modelin 48 voltluq şəbəkədən çalışan «yumşaq» hibrid qurğusu ilə təchiz ediləcəyi ehtimal edilir.