Böyük Britaniya polisi saxlanılan şəxslərin daşınması üçün hazırlanmış Volkswagen Crafter furqonlarına sahib olub. Furqonun hazırlanması ilə Coleman Milne Specialist Vehicles firması məşğul olub. Polis avtomobili Birmingemdə keçirilən kommersiya avtomobillərinin sərgisində nümayiş etdirilib.
Polis avtomobili Trendline təchizat səviyyəsinə malik olan uzunbazalı furqonun əsasında inşa edilib. Furqon iğtişaşlar zamanı deşmək mümkün olmayan gücləndirilmiş alın və yan şüşələrə malik olub. Crafter yeddi şəxs daşıyır, onun arxa hissəsində isə, saxlanılan şəxslər üçün “qəfəs” də quraşdırılıbdır. Bundan başqa, polis nəfərlərinin dəbliqə, qalxan və başqa müdafiə geyimlərinin saxlanılması üçün xüsusi rəflər də vardır.
Furqon 177 at qüvvəli 2,0-litrlik dizel mühərriki ilə təchiz edilib. Güc aqreqatı altı pilləli mexaniki və ya səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışa bilər. Model ön, arxa və tam çəkiş sistemləri ilə təklif edilir.