İki il bundan öncə, Ford və Volkswagen şirkətləri kommersiya nəqliyyat vasitələrininn yaradılması sahəsində əməkdaşlıq etməyi düşündüklərini bildirmişdilər. Bir il sonra isə, hər iki şirkət əməkdaşlığın genişləndirildiyini bəyan etmişdirlər. Bu gün tərəfdaşlar məsələyə tam aydınlıq gətiriblər. Belə ki, Ford şirkəti hər iki istehsalçıs üçün pikap və bir tonluq yükgötürmə qabiliyyətinə malik olan furqonu işləyib hazırlayacaqdır. Alman istehsalçısının payına isə kiçik ölçülü şəhər furqonu düşəcəkdir.
Əvvəllər bu əməkdaşlığın kommersiya nəqliyyatını, avtonom nəqliyyat vasitələrini və elektromobilləri əhatə edəcəyi barədə məlumat verilmişdi. Bu gün isə, bu əməkadaşlığın təfərrüatları aydın olub.
Beləliklə, hazırda Ford şirkəti yeni nəsil Ranger pikapının üzərində işləyir və bu pikap 2022-ci ildə debüt edəcək VW Amorok modelinin əsasını təşkil edəcəkdir. Lakin, Ranger-Amarok ikilisi bu əməkdaşlığın yeganə nəticəsi olmayacaqdır. Artıq gələn il Ford markasını daşıyan iki kommersiya avtomobili debüt edəcəkdir: kiçik ölçülü Ford Transit Connect furqonu VW Caddy modelinin əsasında yaradılacaq, bir tonluq furqon isə Ford Transit və VW Transporter modellərini əvəvzləyəcəkdir. Eyni zamanda, Ford alman şirkətinin MEB modul platformasına əsaslanan elektrokarı da inşa edəcəkdir. Bu elektrokarın əsas bazarı Avropa olacaqdır.
Tərəfdaşlar birlikdə səkkiz milyon pikap və kommersiya avtomobillərini buraxmağı planlaşdırırlar. Bu rəqəmə Ford şirkətinin hər il buraxa biləcəyi 600 min elektrokar daxil deyildir. Xatırladaq ki, Volkswagen və Ford şirkətləri keçən həftə Argo Al şirkəti ilə 2,6 milyard dollarlıq müqavilə imzalayıblar. Bu müqavilə Avropa və ABŞ-da istifadə ediləcək avtonom nəqliyyat vasitələrinin yaradılmasını nəzərdə tutur.
Hər iki şirkətin birgə layihələri həyata keçirməsinə baxmayaraq, onların əməkdaşlıqları səhmlərin qarşılıqlı mübadiləsini nəzərdə tutmur. Bu səbədən də, onlar bazarda rəqib olaraq qalırlar. Məsələn, baxmayaraq ki, Ranger və Amarok modellərinin yaratdılmasında Ford şirkəti iştirak edib, lakin onlar bir-biri ilə rəqabət aparacaqdırlar. İstənilən halda, bu əməkdaşlıq hər iki markanın güclü tərəflərindən effektiv şəkildə istifadə edərək vəsaitlərə qənaət etməyə imkan verəcəkdir.