İngiltərənin “AutoExpress” nəşrinin əldə etdiyi məlumata görə, Volkswagen Golf adından imtina etmək niyyətində deyil. Əfsanəvi modelin elektrik varisi 2026-cı ildə debüt edəcək və ad ID.Golf adlanacaqdır. Hazırkı Golf modelinə gəlincə isə, o, 2023-cü ildə restaylinqdən keçəcək, bu müddət ərzində modelin “mülayim” hibrid texnologiyası ilə təchiz edilmiş yeni versiyaları peyda olacaqlar. Britaniyalılar səkkizinci nəsil Golf modelinin daxili yanma mühərriki ilə təchiz edilən sonuncu model olacağını qeyd edir.
Volkswagen şirkətinin rəhbəri Tomas Şefer aktual səkkizinci nəsil Golf modelinin elektromobillə əvəzlənəcəyinə də eyham vurub. Model tarixi adını saxlayacaq, ona ID prefiksi əlavə olunacaqdır. Alman markasının bütün elektrik modelləri artıq bu adla işarənirlər. İlkin məlumatlara görə, bu, 2025 və ya 2026-cı ildə baş verəcək və ID. Golf modeli ID.3 ilə paralel satılacaqdır.
ID. Golf modelinin ehtimal edilən eksteryer dizaynı, “AutoExpress” nəşri tərəfindən dərc olunmuş qeyri-rəsmi renderdə göstərilib. Müstəqil rəssam Golf elektrokarının geniş arxa sütunlara, bütöv arxa fənərlərə və nazik ön fənərlər malik olacağını ehtimal edir.
"Bizim Golf və GTI kimi əlamətdar ticarət nişanlarımız var və onlardan imrina etmək dəlilik olardı", - deyə Şefer “AutoExpress” nəşrinə bildirib. – Hazırda adlandırma məntiqi üzərində işləyirik. Düşünürəm ki, ID prefiksinə sadiq qalacağıq, eyni zamanda əfsanəvi modellərin tarixi adlarını da qoruyacağıq”. Nümunə kimi o, ID. Buzz elektrik minivenini göstərib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.