Noyabr ayının 20-sində Petersen adına avtomobil muzeyində Building an Electric Future (“Elektrik gələcəyinin inşası”) adlı tədbir keçiriləcəkdir. Təşkilatçıların bildirdiyinə görə, interaktiv texnologiyalar və tamamlanmış reallıq fəndləri sayəsində sərginin hər bir ziyarətçisi Volkswagen şirkətinin yaxın gələcyin nəqliyyat vasitələrinə olan baxışı ilə tanış olmaq şansı əldə edəcəkdir.
Bundan başqa, alman istehsalçısı elektrik platformalarının yaradılması, onların əsasında elektromobillərin hazırlanması prosesini, akkumulyator modellərində tətbiq edilən texnologiyaların xüsusiyyətlərini və konseptual avtomobillər daxil olmaqla elektrokarların özlərini da nümayiş etdirəcəkdir. Eyni zamanda, istehsalçı dörd hazır prototipi tədbirə gətirəcəyini bildirib.
Hansı prototiplərin nümayiş etdiriləcəyi məlum olmasa da, Volkswagen bu tədbir çərçivəsində tamamilə yeni layihəni təqdim edəcəyini təsdiqləyib. Bu barədə şəxsən konsernin şef-dizayneri Klaus Bişof bəyanat verib. ID ailəsindən olan yeni konseptin 19 noyabr tarixində keçiriləcək bağlı tədbirdə debüt edəcəyi məlumdur. Təfərrüatlar sirr olaraq saxlanılır.