Volkswagen ID.R elektrik prototipi Nürburqrinqin batareyalı avtomobillər üçün yeni rekordunu qeydə alıb. Prototip 20,8 kilometrlik treki 6 dəqiqə 05,336 saniyəyə qət edib. Beləliklə, VW ID.R modeli Nio EP9 elektrik superkarının rekordunu 40,564 saniyə yaxşılaşdırıb.
Rekord yürüşünə hazırlıq güc qurğusunun işini optimallaşdırmasını və elektrokarın aerodinamik dayağının yenidən işlənməsini tələb edib. Mühəndislər ikimühərrikli qurğunu enerjinin arxa oxa daha intensiv ötürməsi üçün tənzimləmiş, həmçinin Formula 1-dən tanış olan DRS sistemini tətbiq etmişdirlər. Xatırladaq ki, DRS antiqanadın hücum bucağını azaldaraq, hava axının müqavimətini aşağı salmağa xidmət edir.
Qeyd etmək lazımdır ki, VW ID.R modeli daha güclü Nio EP9 superkarının zamanını yaxşılaşdırıb. Belə ki, Nio EP9 1350 at qüvvəsi və 1480 Nm fırlanma anı hasil edən qurğuya malik olduğu halda, ID.R sərəncamında 680 at qüvvəsi və 650 Nm var. Alman modelinin maksimal sürəti də çoxdur – 313 km/saat 270 km/saata qarşı. ID.R 100 km/saat həddinə 2,25 saniyəyə, Nio EP9 isə 2,7 saniyəyə sürətlənir.
Bunlara baxmayaraq, ID.R “Şimal ilgəyinin” Porsche 919 Hybrid EVO sportprototipi tərəfindən qeydə alınmış qəti rekorduna çata bilməyib. Le Manda yarışan superhibrid 2018-ci ildə “Nordşlyayfe”ni 5 dəqiqə 19,546 saniyəyə qət edib.