Volkswagen şirkətinin Latın Amerikası üçün Nivus adlı yığcam ölçülü krossoveri hazırladığı hər kəsə məlumdur. Bu günlərdə alman istehjsalçısı yeni modelin interyer üzərindən sir pərdəsini götürən videotizeri dərc edərək, avtomobil aləminin diqqətini onun üzərində cəmləməyə cəhd edib.
Eyni zamanda, Volskwagen şirkəti kupeşəkilli kuzova malik olan krossoverin istehsal tarixini də açıqlayıb – yeni krossoverin istehsalına bu ilin yayında Braziliyada start veriləcəkdir. Məlum məsələdir ki, krossoverin Latın Amerikasındakı satışlarına yay aylarında başlanacaqdır.
Bu gün dərc edilmiş yeni tizerlə birlikdə, Volkswagen şirkəti Nivus modelinin 2021-ci ildə Avropanın ərazisində buraxılmasını təşkil edəcəyini bildirib. İlkin məlumata görə, Nivus gələn ilin yazında Avropada debüt etməlidir. Yeni tizer isə, krossoverin eksteryer dizaynı üzərində sir pərdəsini götürüb.
Volkswagen Nivus modelinin əsasını Polo hetçbekinin inşa edildiyi MQB-A0 modul platforması təşkil edir. Yeni modelin eksteryer və interyer dizaynı VW T-Roc modelinin dizayn üslubundadır. Bununla belə, Nivus modelinin T-Roc krossoverindən bir qədər iri olacağı gözlənilir.
VW Nivus modelinin interyerindəki əsas yenilik, VW şirkətinin Cənubi Amerika bazarı üçün hazırladığı tamamilə yeni multimedia sistemi olacaqdır. VW Play adlandırılmış multimedia sistemi, qadcetlərin inteqrasiyası üçün geniş imkanlara və onlayn xidmətlərə girişə sahib olacaqdır. Bundan başqa, krossover parkinq assistenti, baqaj qapağının elektrikli ötürməsi və start-stop sistemi ilə təchiz ediləcək - bu sistemlərin piktoqramları multimedia sisteminin ekranda aydın görünürlər. Nəhayət, Nivus rəqəmsal cihazlar panelində sahib olacaqdır.
Mühərrik çeşidinə gəldikdə isə, hələlik krossover 115 və 130 at qüvvəsi hasil edən 1.0-litrlik benzin turbomühərriki ilə təklif ediləcəkdir. 115 at qüvvəli mühərrik 6-pilləli mexaniki transmissiya, 130 at qüvvəli variant isə 6-diapazonlu “avtomat” ilə təchiz ediləcəkdir.