VW şirkətinin Braziliya bazarı üçün Nivus adlı modeli hazırladığı barədə məlumat vermişik. Ən maraqlısı odur ki, alman istehsalçısı yeni modelin krossover və ya kross-kupe olmadığını bildirib. Şirkətin Braziliya şöbəsi tərəfindən yayımlanan videoda Nivus modeli New Urban Coupe kimi, yəni sırf şəhər nəqliyyat vasitəsi kimi təqdim edilir.

Volkswagen Nivus modelinin əsasını Polo hetçbekinin inşa edildiyi MQB-A0 modul platforması təşkil edəcəkdir. Yeni modelin eksteryer və interyer dizaynı VW T-Roc modelinin dizayn üslubunda olacaqdır. Bununla belə, Nivus modelinin T-Roc krossoverindən bir qədər iri və “kupeşəkilli” olacağı gözlənilir.

Lakin, VW Nivus modelinin interyerindəki əsas yenilik, VW şirkətinin Cənubi Amerika bazarı üçün hazırladığı tamamilə yeni multimedia sistemi olacaqdır. VW Play adlandırılmış multimedia sistemi, qadjetlərin inteqrasiyası üçün geniş imkanlara və onlayn xidmətlərə girişə  sahib olacaqdır. Bundan başqa, krossover parkinq assistenti, baqaj qapağının elektrikli ötürməsi və start-stop sistemi ilə təchiz ediləcək - bu sistemlərin piktoqramları multimedia sisteminin ekranda aydın görünürlər. Nəhayət,  Nivus rəqəmsal cihazlar panelində sahib olacaqdır.

Mühərrik çeşidinə gəldikdə isə, hələlik krossover 115 və 130 at qüvvəsi hasil edən 1.0-litrlik benzin turbomühərriki ilə təklif ediləcəkdir. 115 at qüvvəli mühərrik 6-pilləli mexaniki transmissiya, 130 at qüvvəli variant isə 6-diapazonlu “avtomat” ilə təchiz ediləcəkdir.

VW Nivus modelinin Braziliyadakı istehsalına və satışlarına yay aylarında start veriləcəkdir. VW Nivus modelinin Avropa bazarında satışlarının 2021-ci ildə başlanacağı gözlənilir.