Volkswagen şirkəti yenilənmiş Transporter 6.1 furqonunu təqdim edib. Modelin bir sıra texnoloji yeniliklərə və yüngül dəyişikliklərə məruz qalmış eksteryerə sahib olub. Kommersiya avtomobilinin kütləvi debütü Münhendə keçiriləcək Bauma 2019 sərgisində baş tutacaqdır.
Bir müddət bundan əvvəl təqdim edilmiş Multivan modeli kimi, Transporter də yenilənmədən öncəki variantdan nazik ön fənərləri, bamperləri və radiator barmaqlığı ilə fərqlənir. Əsas texniki yenilik isə, hidravlik sükan gücləndiricisindən elektromexaniki variant keçirlməsidir. Bu isə, müasir yadımçı sistemlərin dəstəklənməsi deməkdir. Bu funksiyaların arasında qoşqu ilə arxaya hərəkəti asanlaşdıran Trailer Assist də vardır.
Bundan başqa, furqonu 230-voltluq cərəyan mənbəyi və ikiyerli sərnişin oturacağının altındakı kilidlənən qutu ilə təchiz edilib. Uzun ölçülü yüklərin daşınması üçün oturacaqların əsasını açıq sifariş etmək də mümkündür. Bu opsiya Transporter furqonunun yük bölümünün uzunluğunu 2450-dən 2800 millimetrə qədər artırmağa imkan verir. Uzunbazalı furqonda isə, bu göstərici 2900-dan 3300 millimetrə qədər artırıla bilər.
Modelin təchizatına elektrik ötürməli və qızdırılan yan güzgülər, elektrik şüşəqaldıranları, Bluetooth funksiyasını dəstəkləyən audiosistem və salonun Led işıqlandırması daxil edilib.
Volkswagen Transporter T6.1 modelinin mühərrik çeşidinə 90, 100, 150 və 199 at qüvvəsi təklif edən 2,0-litrlik turbodizel daxildir. 150 və 199 at qüvvəli variantlar 4Motion tam çəkiş sistemi ilə təchiz edilə bilər. Bundan başqa, T6.1 ilk dəfə olaraq sırf elektrik variantında təklif ediləcəkdir. Bu modifikasiya 112 at qüvvəli elektromotora və 400 kilometrlik yürüş ehtiyatına malikdir.