Volkswagen şirkətinin icraçı direktoru Herbert Diss LinkedIn şəbəkəsində naməlum qırmızı krossoverin təsviri fonunda çəkilmiş fotoşəkilini yerləşdirib. Diss, şəkil altınındakı yazıda şirkətin yeni modellərin onlayn dizayn etmə prosesinin necə təşkil edirldiyi barədə danışıb. Bu isə, arxa plandakı avtomobilin alma markasının yeni modellərindən biri ola biləcəyindən xəbər verir.

Versiyalardan birinə görə, söhbət Volkswagen Tiguan modelinin növbəti nəslində gedə bilər. Bu nəzəriyyəni dəstəkləyən faktlardan biri, Dissin öz məktubunda məhz bu modeli və onun gələcək nəslini qeyd etməsidir. Lakin, yeni modelin debüt tarixi hələ də açıqlanmayıb. Yeni Tiguan modelinin bir-iki ildən ərzində debüt edəcəyi gözlənilir.

Skeptiklər isə, arxa planındakı avtomobilin gələcək konseptlərdən birinin və ya Tiguan ilə heç bir əlaqəsi olmayan eskizdən ibarət olduğunu iddia edirlər. Üstəlik, Tiguan krossoveri planlaşdırılmiş yeniləmədən keçməli və hibrid modifikasiyaya sahib olmalıdır. Restayliq keçmiş Volkswagen Tiguan modeli bu il debüt edə bilər.