Volkswagen şirkəti T-Roc modelinin bazasında krossover-kabriolet buraxacağını təsdiq edib. Bu günlərdə alman istehsalçısı yeni kabrioletin sınaqlarına da başlayıb və bu sınaqlar zamanı çəkilmiş görüntüləri Carspotten Jeroen adlı YouTube istifadəçisi yayıb.
Alman markasının baş icraçı direktoru Herbert Diessin sözlərinə görə, Volkswagen markası krossoverlərlə assosiasiya edilir və bu səbəbdən də təklif olunan model xəttinə “emosional avtomobilin” əlavə edilməsi məntiqi addımdır. Belə bir avtomobil məhz T-Roc Cabrio olmalıdır.
Artıq kabrioletin istehsal ediləcək zavodun adı da bəllidir. Yeni modelin istehsalı Osnabryükkedəki zavodda aparılacaqdır. Alman istehsalçısı bu zavodun modernləşdirməsinə 80 milyon avro sərmayə qoyub. Bu zavodda ildə 20 min kross-kabrioletin buraxılması nəzərdə tutulub.
Xatırladaq ki, yumşaq tavan ilə təchiz edilmiş T-Cross Breeze konseptual krossoveri 2016-cı ildə Cenevrə avtosalonunda nümayiş etdirilib. Konsept 110 at qüvvəsi və 175 Nm fırlanma anı hasil edən 1,0-litrlik üç silindrli mühərriklə təchiz edilmişdir. Güc aqreqatı yeddi pilləli iki muftalı robotlaşdırılmış transmissiya ilə tandemdə çalışırdı.