Bizə tanış olamayan Volkswagen Tayron modeli Çin bazarı üçün xüsusi olaraq yaradılmış Tiguan krossoverinin ən yaxın qohumudur. Krossoverlər ümumi aqreqat bazasına əsaslansa da, Tayron orijinal kuzova malikdir. Üstəlik o, beynəlxalq həmkarından bir qədər böyükdür: Tayron modelinin qabarit uzunluğu 4589 millimetr təşkil etdiyi halda, bizə tanış olan Tiguan krossoverinin uzunluğu 4486 millimetrdir. İndi bu duetdə ilk dəfə olaraq kupeşəkilli versiyanı əldə edən məhz Tayron olub.
Volkswagen Tayron X
Volkswagen Tayron X modelinin seriya variantı keçən yazda təqdim olunmuş prototipi tamamilə təkrarlayır: hətta arxa işıqlardakı X naxışları və beşinci qapının üzərindəki iki spoyler (şüşənin yuxarı və aşağı kənarlarında) da yerində qalıb.. Göründüyü kimi, belə ikimərtəbəli konstruksiya arxa pəncərəni çirkdən etibarlı şəkildə qoruyur, çünki beşinci qapı şüşəsilənlə təmin edilməyib. Kupeşəkilli krossoverin hündürlüyü adi krossoverdəki kimi qalıb - 1662 millimetr. Lakin dəyişdirilmiş arxa hissə onu biraz uzun edib - 4626 millimetr.
Volkswagen Tayron X
Volkswagen şirkəti Tayron X modelini hələlik yalnız R-Line "idman" versiyasında təqdim edib. Bununla belə, Tayron X modelinin kuzov dəsti adi Tayron R modelində olduğundan fərqlidir. Kupeşəkilli krossover bamper fərqli dekoruna və buraxılış sisteminin iki hissəyə bölünmüş saxta borularına malikdir. İstehsalçı kupe-krossun interyer şəkillərini dərc etməyib.
Volkswagen Tayron X
Texniki olaraq Tayron X modeli orijinal krossoverdən, demək olar ki, seçilmir. Yeganə fərq - kupeşəkilli krossover baza mühərriki sayılan 150 at qüvvəli 1.4 TSI mühərriki ilə təklif olunmayacaqdır. Modelin mühərrik çeşidinə 186 və ya 220 at qüvvəsinə sahib olan 2,0-litrlik turbomühərriklər daxil edilib. Yeganə ötürmələr qutusu 7-pilləli DSG "robotudur". Ötürmə - öndən və ya tamçəkişli ola bilər.
Volkswagen Tayron GTE
Eyni zamanda, "adi" Tayron modeli hibrid versiyaya sahib olub. Texniki cəhətdən, qoşulan Volkswagen Tayron GTE modeli, bir il yarım bundan əvvəl Çində debüt etmiş Tiguan L PHEV krossoveri ilə eynidır. Hibrid güc qurğusunun tərkibinə 150 at qüvvəli 1.4 TSI benzin turbomühərriki, robotlaşdırılmış DSG qutusuna yerləşdirilmiş 116 at qüvvəli elektromotor daxildir. Hibrid qurğunun ümumi hasilatı 218 at qüvvəsi təşkil edir. Ötürmə - yalnız ön oxadır.
Volkswagen Tayron GTE
Vizual olaraq, Tayron GTE yalnız xırda dekoru ilə fərqlənir, ancaq hibrid krossoverin salonunda bir neçə yenilik baş verib. Çox güman ki, bu dəyişiklər Tayron X də daxil olmaqla digər versiyalarda da tətbiq ediləcəkdir. Dəyişikliklər fərqli sükan çarxından və klimat-kontrol sisteminin sensorlu idarəetmə blokundan ibarətdir. Üstəlik, hibrid virtual cihazlar panelinin fərdi qrafikasına malikdir.