Volkswagen şirkəti Çin bazarında satdığı Tharu modelinin R-Line modifikasiyasını hazırlayıb. «Xalq krossoveri» adlandırılan krossover bir neçə ildən sonra Şərqi Avropa və Cənubi Amerikada da satılmağa başlanacaqdır.

Autohome.com.cn saytının dərc etdiyi şəkillərdən göründüyü kimi, krossover daha aqressiv aerodinamik kuzov dəstinə, səsboğucu sisteminin dörd çıxış borusu və 18-düymlük təkər disklərinə sahib olub. Krossoverin salonunda idman oturacaqları və digər sükan çarxı peyda olub.

VW Tharu R-Line 150 at qüvvəli 1,4-litrlik və 186 at qüvvəli 2,0-litrlik turbomühərriklər ilə təchiz edilir. Ən güclü variant Haldex muftası olan tam çəkiş sistemi ilə təklif olunur. Krossover SAIC-Volkswagen birgə müəssisəsində istehsal edilir. Sonradan «xalq krossoverinin» istehsalı Meksika, Argentina və Rusiya da təşkil ediləcəkdir.

Volkswagen Tharu modelinin 2020-ci ildə başlayaraq Azərbaycan bazarında satılma ehtimalı da vardır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt