Volkswagen və Ford şirkətləri Amarok pikapının varisini birgə hazırlamaq barədə ilkin müqaviləni imzalayıblar. Bundan başqa, istehsalçılar avtonom idarəetmə sistemləri və mobil servislər sahəsində birgə çalışmaların genişləndirilməsi imkanlarını da araşdırırlar.
“Automotive News Europe” nəşrinin sərəncamında olan məlumata əsasən, Ford Volkswagen ilə cari nəsil Ranger modelinin platformasını bölüşəcəkdir. Xatırladaq ki, yenilənmiş Ford Ranger modeli bu ilin əvvəlində Avropada satışa çıxarılıb. Bu əməkdaşlıq alman istehsalçısına yeni pikapın hazırlanması xərclərini azaltmağa və satışa çıxma müddətini qısaltmağa yardım edəcəkdir.