Almaniyanın Patent idarəsində Volkswagen şirkətinin gələcək modelləri haqqında məlumat olan sənəd ortaya çıxıb. Alman şirkəti üç yeni adı qeydə alıb: T-Sport, T-Go və T-Coupe.

Volkswagen şirkəti artıq Avropada bənzər adlar olan T-Cross və T-Roc yığcam krossoverlərini təklif edir. Yaxın zamanlarda alman markası Braziliyada satılacaq Nivus modelini də təqdim etməlidir. Təsdiq edilməmiş məlumata görə, T-Go adı Avropada satılacaq Nivus modeli üçün nəzərdə tutulubdur. T-Sport və T-Coupe adları ilə isə, krossoverin idman və kupe versiyaları adlandırılacaqdırlar.

Eyni zamanda, T-Sport, T-Go və T-Coupe adlarının prinsipcə yeni krossoverlər ailəsinin fərdlərinə aid olduğu barədə də fərziyyələri mövcuddur. Məsələn, bu modellərdən biri   VW Taigun konseptinin seriya variantı ola bilər. Xatırladaq ki. əvvəllər bu modelin T-Track adlandırılacağı söylənilirdi. Böyük ehtimalla, yeni krossoverin əsasını MQB modul platforması təşkil edəcəkdir.