Yaponiyadan olan Wald İnternational atelyesi Mercedes-AMG GT sportkarı üçün təklif etdiyi Black Bison adı almış stil dəstini nümayiş etdirmişdir. Kuzovun aerodinamik parçalar dəstinin elementləri karbon və ya liflərlə gücləndirilmiş plastikdən hazırlana bilər. Kuzovun parçalar dəstinin tərkibinə qabaq spoyler və splitter, kuzovun kandarları üçün nəzərdə tutulmuş örtmələr, əlavə havalandırma girişləri olan elementlər, diffuzor quraşdırılmış yenilənmiş arxa bamper və baqaj bölümünün qapağında bərkidilmiş arxa spoyler daxildir.
Bunlardan başqa, sportkar üçün atelye tərəfindən işlənib-hazırlanmış təkər disklərini və əyləc mexanizmlərinin narıncı rəngə boyanmış supportlarını sifarış etmək olar. Avtomobilin zahiri gürünüşünün tərtibatında qara tutqun və narıncı aksentlərdən istifadə edilmişdir.
Wald International Mercedes-AMG GT modelini mühərrik və hərəkət hissəsinə müdaxilə etməmişdir. Avtomobil 462 və 510 at qüvvəsi olan 4,0 litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilir. 462 qüvvəli sportkar saatda 100 kilometr sürətini 4,0 saniyəyə, 510 qüvvəli variant isə 3,8 saniyəyə toplayır.