World Car of the Year (WCOTY) 2020 müsabiqəsinin təşkilatçıları əsas finalçıların siyahısını açıqlayaraq, «İlin idman avtomobili», «İlin şəhər avtomobili», «Ən yaxşı premium avtomobili» və «İlin dizaynı» nominasiyalarında qələbəyə namizədləri elan ediblər. Müsabiqənin növbəti mərhələsi Cenevrə avtosalonunda baş tutacaqdır. Burada 86 nəfərdən ibarət olan münsiflər heyəti baş mükafata iddialı olan üç namizədin adını elan edəcəkdir.

«İlin ən yaxşı avtomobili» mükafatının finalçılarını 29 namizəddən seçiblər. Hazırda namizədlərin siyahısında 10 model var. Bu onluğa Hyundai Sonata, Kia Soul EV, Kia Telluride, Range Rover Evoque, Mazda3, Mazda CX-30, Mercedes-Benz CLA, Mercedes-Benz GLB, Volkswagen Golf və Volkswagen T-Cross daxildirlər. Eyni zamanda, WCOTY münsiflər heyəti əlavə üç kateqoriyada olan namizədlər beşliyini elan edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

«Ən yaxşı şəhər avtomobili» nominasiyasında Kia Soul EV, Mini Electric, Peugeot 208, Renault Clio və Volkswagen T-Cross mübarizə aparacaqdırlar. «İlin idman avtomobili» kateqoriyasında qələbəyə namizədlər BMW M8, Porsche 718 Spyder/Cayman GT4, Porsche 911, Porsche Taycan və Toyota GR Supra modelləridir. «Ən yaxşı premium avtomobili» adına olan namizədlər BMW X5, BMW X7, Mercedes-Benz EQC, Porsche 911 və Porsche Taycan modelləridir.

Dörd kateqoriyadan olan avtomobillər «İlin dizaynı» nominasiyasında qələbəyə namizəd ola bilərlər. Bu il munsiflər heyəti «yaşıl» avtomobillər üçün ayrıca mükafat təsis etməyiblər.

Xatırladaq ki, keçən il müsabiqənin qalibləri Jaguar i-Pace («İlin ümumdünya avtomobili»), Audi A7 («İlin ən yaxşı premium avtomobili»), McLaren 720S («İlin idman avtomobili»), Jaguar i-Pace («İlin «yaşıl» avtomobili»), Suzuki Jimny («İlin şəhər avtomobili») və yenə də Jaguar i-Pce («İlin dizaynı») olublar.