World Car of the Year (WCOTY) müsabiqəsinin münsiflər heyəti altı kateqoriyadakı finalçıları seçiblər. Bu il ənənəvi daxili yanma mühərrikləri olan avtomobillər yalnız “İlin şəhər avtomobili” və “İlin idman avtomobili” kateqoriyalarında təmsil olunublar. Baş mükafat da daxil olmaqla, qalan titullar uğrunda müxtəlif markaların batareyalı avtomobilləri mübarizə aparacaqlar. Bununla belə, Hyundai Ioniq 5 modeli bir neçə kateqoriyada mübarizə aparacaqdır.

“İlin dünya avtomobili” mükafatı uğrunda mübarizədə amerikan və Cənubi Koreya modelləri iştirak edirlər. Titul uğrunda  Ford Mustang Mach-E, Kia EV6 və yuxarıda adı çəkilən Hyundai Ioniq 5 modeli mübarizə aparacaq. Hyundai elektrokarı eyni zamanda “İlin elektrokarı” və “İlin dizayner avtomobili” adına namizəddir. Birinci halda onun rəqibləri Audi e-tron GT və Mercedes-Benz EQS modelləri olacaqdır. İkinci kateqoriyada Ioniq 5 modelinin rəqibləri kimi Audii e-tron GT və Kia EV6 elektrokarları çıxış edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

“İlin premium avtomobili” kateqoriyasında da elektrokarlar mübarizə aparacaqlar. Nominantlar arasında Mercedes-Benz EQS, BMW iX və Genesis GV70 modelləri var. “İlin idman avtomobili” kateqoriyasında isə daxili yanma mühərrikləri olan avtomobillər mübarizə aparacaqlar. Audi e-tron GT elektrokarı BMW M3/M4, habelə Toyota GR86/Subaru BRZ modelləri ilə mübarizə aparacaqdır.

“Yaşıl” modellərin təmsil olunmadığı yeganə kateqoriya “İlin şəhər avtomobili” kateqoriyasıdır. Ekspertlər Opel Mokka, Toyota Yaris Cross və Volkswagen Taigun modellərini seçiblər. Keçən il “İlin dünya avtomobili” kateqoriyasının qalibi Volkswagen ID.4 elektreik krossoveri olub.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.