Porsche şirkətinin zavod komandası 84-cü dəfə keçirilən "Le-Manın 24 saatı" günlük marafonunda birinci sıralama turlarında ilk iki yeri tutmağa müvəffəq olmuşdur. Bildiyimiz kimi, Sarte trassasında keçirilən 24 saatlıq yarışda sürətlə yanaşı avtomobillərin etibarlılığı və dözümlülüyü böyük əhəmiyyət kəsb edir.

İlk sıralama turlarındakı aralıq poul, iki saatlıq sessiyanın əvvəllərində dövrəni 3:19,733 zamanı ilə başa vuran Porsche komandasının ikinci heyətinin pilotu Nil Yaniyə qismət olmuşdur. Buna başmayaraq, Porsche pilotu dövrəni daha sürətli şəkildə də başa vura bilərdi, ancaq Porsche döngələri bəndində və Ford şikanasındakı trafik ona bir qədər mane oldu.

Porsche komandasının çempion heyətindən olan Timo Bernhard hələ sessiyanın ilk yarısında ikinci yeri tutmağa müvəffəq olmuşdu və sessiyanın bitməsinə 50 dəqiqə qalmış lider ilə arasındakı fərqi 0,4 saniyəyə düşürməyi bacarmışdı.

Dünən sərbəst yürüşlərdə Toyota TS050 Hybrid prototipi ilə qəzaya uğrayan Stefan Sarrazen ilk sıralama turlarında uğurla çıxış etmişdir. Bir müddət protokolda ikinci yeri tutan fransız pilot sonunda aralıq pouldan bir saniyə fərqlə üçüncü olmağı bacarmışdır.

Yapon istehsalçısının digər pilotu Əntoni Dəvidson dördüncü nəticəni göstərərək komanda yoldaşının arxasında dördüncü yeri tutmağa müvəffəq olmuşdur.

Audi komandasının pilotları üçün sıralama turları o qədər də rahat keçməmişdir. İnqolştatdan olan heyətlər öz rəqiblərindən üç saniyə geridə qalmışdırlar. Carvis, di Qrassi və Dyüval sessiyanın birinci saatını sərbəst yürüşlərdə əmələ gəlmiş transmissiya problemi ilə əlaqədar buraxmış oldular.

Başqa siniflərdə baş vermiş hadisələri və sarı bayraqların peyda olması ucbatından 8 nömrəli heyət təmiz dövrə vurmağa müvəffəq olmamışdı.

Buna baxmayaraq, onlar Lotterer və Treluyedən ibarət olan digər Audi heyətini üstələmiş oldular. Bu gün "La-Manın 24 saatı" marafonundakı start düzülüşünü təyin edəcək üçüncü və dördüncü sıralama turları keçirilməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt