Məşhur "Le-Manın 24 saatı" sutkalıq yarışının ikinci sıralama turları yenə də Porsche 919 Hybrid prototiplərinin üstünlüyü ilə keçmişdir. Yağışlı hava şəraitinə baxçmayaraq, Porsche komandası üsytünlüyünü qoruyub-saxlaya bilmişdir. Sıralamanın il 30 dəqiqəsində heç kim Nil Yani tərəfindən göstərilmiş zamanı üstələyə bilməmişdir. Xatırladaq ki, birinci sıralama turlarında da alman komandası rəqiblərinə böyük üstünlüklə qalib gəlmişdir.
Baxmayaraq ki, LMP1 kateqoriyasında çıxış edən bütün avtomobillər trekdə dövrələr vurmuşdurlar, lakin heç kim sürətli zaman göstərmək niyyətini büruzə verməmişdir. Toyota komandasının sportprototipləri ən çox dövrə vursalar da, üçüncü gün göstərdikləri vaxtdan bir neçə saniyə geridə qalmışdırlar.
Sessiya zamanında ardıcıllığın dəyişmədiyinə baxmasaq, Audi komandasının heyətləri yerdəyişmə etmişdirlər. Buna səbəb, 8 nömrəli Audi R18 e-tron quattro prototipin üçüncü gün keçirilmiş sıralama turlarında vurduqları sürətli dövrə zamanı, böyük miqdarda yanacaq götürdükləri üçün aldıqları cəza olmuşdur.
Buna görə də, Lukas di Qrassi, Loik Dyüval və Olivier Carvisin üzvü olduğu heyət 7 nömrəli protoipin Marsel Fassler, Andre Lotterer və Benua Treluyenin ibarət heyətinə 0,47 saniyə uduzaraq altıncı yerə geriləmişdirlər.