Bakı Şəhər Halqasındakı start işıqları sönməmişdən bir neçə dəqiqə əvvəl, buradan minlərlə kilometr uzaq bir məsafədə, Fransanın Le-Man yaxınlığındakı Sarte trekində dalğalanan damalı bayraq başqa bir möhtəşəm yarışın başa çatdığından xəbər verirdi. Avtomotoidman həvəskarlarına tanış olan sutkalıq "Le-Manın 24 saatı" yarışları Porsche komandasının qələbəsi ilə nəticələnmişdir.
Bildiyimiz kimi, artıq 84-cü dəfə keçirilən bu marafonda sürətlə yanaşı texnikanın etibarlığı və dözümlülüyü böyük rol oynayır. Xəbərlərimizdən də izlədiyiniz kimi, dördüncü və beşinci gün keçirilmiş sıralama turları bu yarışların ən yüksək kateqoriyası olan LMP1 sinifində mübarizənin üç iri avtomobil istehsalçısı olan Audi, Porsche və Toyota şirkətlərinin komandaları arasında gedəcəyini göstərirdi.
Sıralamalar İnqolştatdan olan kollektivin Porsche və Toyota komandalarına nisbətən daha zəif olduğunu göstərmişdir. Artıq bu marafonda əsas mübarizənin Porsche 919 Hybrid və Toyota TS050 Hybrid sportprototiplərinin heyətləri arasında gedəcəyi məlum idi. Yarışın startı məşhur Hollivud aktyoru Bredd Pitin bayraq işarəsi ilə başladı. Bredd Pittdən savayı yarışın start düzlüyündə digər məşhur aktyorlar - Ceki Çanı, Kianu Rivzi və FİA-nın prezidenti Jan Todtu görmək olardı.
Səhərdən Le-Manda günəşli hava hakim olsa da, yarışın başlanmasına yarım saat qalmış günclü yarış yağmağa başladı. Beləliklə, yarış təhlükəsizlik avtomobilinin müşayəti ilə başladı. Yarışın başlanmasından 30 dəqiqə sonra təhlükəsizlik avtomobili yarışı tərk etdi və pilotlar tam sürətlə irəli atıldılar.
Yarışda Porsche prototipi liderlik etsə də, startdan beş saat sonra Toyota pilotları liderliyi ələ keçirmiş oldular. Lakin, tezliklə alman komandasının pilotları status-kvonu bərpa edərək liderliyi geri almış oldular.
Yapon komandasınnın strateqləri daha az pit-stop strategiyasını seçməklə rəqibləri qarşısında böyük üstünlük əldə etmək niyyətində idilər. Audi pilotları bir müddət liderlik edən qrupada olsalar da, sonradan rəqiblərindən geri qalmağa başladılar. Yarışın başlanmasından 10 saat sonra Toyota komandasının pilotları liderliyi yenidən ələ keçirlmiş oldular. Çarafonun gedişi Toyota prototiplərinin daha sürətli və etibarlı olduğunu göstərirdi. Mayk Konveyin idarə etdiyi prototip 2 nömrəli Porsche prototipini keçərək liderliyə yüksəlmiş oldu.
Yarışın favoritlərindən sayılan 1 nömrəli Porsche 919 Hybrid protitipinin heyəti mühərrikin qızması üzündən boksa təmirə getməli oldu. Bir saatlıq təmirdən sonra yenidən trekə qayıdan Brendon Hartli bir dövrə sonra bokslara qayıtmış oldu və beləliklə bu heyət qalibiyyət uğrunda yarışmaq şanslarını tamamilə itirdi.
Yarışın bitməsinə yeddi saat qalmış Buemi və Sarrazenin idarə etdikləri hər iki Toyota protoipi liderliklərini davam etdirirdilər. Onları təqib edən Porsche prototipinin pilotu Romen Düma rəqiblərindən bir saniyə geridə qalırdı. Səhərin açılan zaman liderlik edən Porsche pilotu sarı bayraqlar zamanı birinci yerini itirmiş oldu. Dördüncü və beşinci yerlərdə gedən Audi pilotları Dyüval/di Qrassi/Carvis liderəiki dövrə, Fassler/Lotterer/Trelyue isə 2 dövrə uduzurdular.
Yarışın bitməyinə dörd saat qalmış yarışa liderliyi Toyota pilotları edirdilər. Pit-stopdan sonra irəli çıxan Nil Yaninin idarə etdiyi Porsche prototipi sonrada Əntoni Dəvidson tərəfindən keçilmiş oldu. Digər Toyota prototipi isə üçüncü yerdə yarışı sürdürürdü.
Yarışın kulminasiya anı onun birməsinə 3 dəqiqə qalmış liderlik edən Toyota prototipinin star/finiş düzlüyündə yavaşıması oldu. Onu təqib edən 2 nömrəli Porsche prototipi liderliyi ələ keçirərək damalı bayrağı görən ilk avtomobil oldu. Gözlərinə inanmayan Porsche pilotların həyəcanını və Toyota komandasının bokslarındakı heyətin məyusluğunun gğrməyinə dədyərdi.
Bəli, avtomobil idmanında damalı bayrağı görmədən heç bir şeydən əmin olmaq mümkün deyil. Porsche komandasının inanılmaz qələbəsi bir daha bunu sübut etmiş oldu.