Porsche komandasının hər iki heyəti sabah startı veriləcək "Le-Manın 24 saatı" marafonunda yarışı ilk sıradan başlayacaqlar. Yağışlı hava şəraitində keçirilən üçüncü sıralama turlarının birincisi ilk sıralama turlarında 3:19,733 vaxtını göstərmiş Nil Yani olmuşdur. Bu göstəricinin ilk sıralama turlarında göstərilməsinə baxmayaraq, sonrakı iki sırlama sessiyasında heç bir pilot bu zamanı üstələyə bilməmişdir.
Dördüncü gün axşam sessiyasında Sarte trekinə yağan güclü yağış sıralama turlarının vaxtından əvvəl dayandırılmasına səbəb oldu. Sessiyanın bitməsinə 45 dəqiqə qalmış sıralama turları yenidən başlasa da, günün protokolunda dəyişiklik olmadı. Beləliklə, Porsche komandasının Nil Yani, Romen Dyüma və Mark Libdən ibarət olan heyəti keçən ilki uğurlarını təkrar edərək yarışı ilk yerdən başlayacaqdırlar.
Onların ardınca ikinci yerdən alman komandasının digər prototipi - Mark Uebber, Timo Bernhard və Brendon Hartlinin idarə etdiyi Porsche 919 Hybrid sportprototipi start alacaqdır.
Sabah ikinci cərgədən Toyota komandasının heyətləri start alacaqdır. Bu heyətlərə Steffan Sarrazen və Əntoni Dəvidson başçılıq edəcəkdirlər.
Dördüncü günün havanın korlanması əsasən Audi komandasının heyətlərinə zərbə vurmuş oldu. Sıralamadan əvvəl problemlərlə üzləşən Audi kollektivi beşinci yerdən yuxarı qalxa bilmədi. 8 nömrəli Audi R18 e-tron quattro prototipin üçüncü gün keçirilmiş sıralama turlarında vurduqları sürətli dövrə zamanı, böyük miqdarda yanacaq götürdükləri üçün aldıqları cəza olmuşdur. Lukas di Qrassi, Loik Dyüval və Olivier Carvisin üzvü olduğu heyət 7 nömrəli protoipin heyəti cərimə aldığına görə, Marsel Fassler, Andre Lotterer və Benua Treluyenin ibarət heyətinın ardınca yarışı altıncı yerdən başlayacaqdırlar.