Bir neçə gündən sonra startı veriləcək «La Manın 24 saatı» günlük marafonuna hazırlıqlar başlanmışdır. 18-19 iyun tarixlərində keçiriləcək marafonun əsas favoritləri Porsche və Audi komandasının heyətləridir. Artıq komandalar yarışöncəsi testlərə başlamışdırlar. İlk test sessiyasının ən sürətlisi Porsche 919 Hybrid sportprototipinin pilotu Nil Yani olmuşdur. Hind əsilli pilot ilk dörd saat ərzində 3:22,334 zamanla dövrə vuraraq , Mark Uebberin səyləri ilə 3:22,555 zaman göstərmiş ikinci Porsche heyətini 0,2 saniyə üstələyə bilmişdir.
Test sessiyasının üçüncü nəticəsini Audi komandasının pilotu Marsel Fassler göstərməyə müvəffəq olmuşdur. Dövrəni 3:22,761 zamanla başa vuran pilot İnqolştat konserninin ikinci heyətini 0,003 saniyə üstələyə bilmişdir. Beləliklə,günü protokolunda iki Porsche sportprototipnin ardınca iki Audi R18 prototipi qərarlaşmışdır.
İki alman komandasının pilotlarından sonrakı beşinci və altıncı yerləri müvafiq olaraq Əntoni Dəvidson və Kamuyi Kobayaşının idarə etditi Toyota TS050 Hybrid sportprototipləri tutmuşdurlar. Qeyd etmək lazımdır ki, liderə bir saniyədən az uduzmuş Dəvidson 3:23,197 zamanını özünün sonuncu dövrəsində əldə etmişdir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, Spa Frankorşampdakı yarışda batareyalarla problem yaşayan Porsche komandası Le-Mandan başlayaraq mövsümün sonuna kimi keçən il istifadə etdiyi batareyaların növünə qayıtmaq qərarına gəlmişdir.
Porsche komandasının rəhbəri Andreas Zaydel bunu belə izah etmişdir: «Bizim üçün batareyalardakı nasazlıq gözlənilməz oldu və yoxlama zamanı bunun batareya elementlərini əhatə edən istehsalat xətasının olduğu aşkar edildi.
Bu səbəbdən də biz keçən il istifadə etdiyimiz köhnə spesifikasiyaya keçmək məcburiyyətində qaldır. Aydındır ki, bu çempionatda əsas amil dözümlülük və etibarlılıqdır. Ona görə də qərar qəbul etmək çətin olmadı».