WEC və “Le-Manın 24 saatı” sutkalıq marafonunun təşkilatçısı olan Qərb avtomobil klubu (ACO), ən yüksək kateqoriya olan LMP1 sinifində hidrogen özəklərindən qidalanan güc aqreqatları olan sportprototipləri bu seriyaya daxil edilməsi üçün işçi qrup yaratmışdır. Yeni növ sportprototiplər 2018-ci ildə yarışlara qoşula bilərlər. Reqlamentə edilən dəyişikliklər “Le-Manın 24 saatı” sutkalıq marafonundan öncə təşkil edilmiş mətbuat konfransında səslənmişdir. Xatırladırıq ki, Fransanın Sarte trekində keçirilən 24 saatlıq yarış 18-19 iyun tarixlərində keçiriləcəkdir.

Əlavə olaraq ACO, 2017-ci ildən LMP2 kateqoriyasında iştirak edən komandaların məcburi qaydada  istifadəsi edəcəyi Gibson Technologies şirkətinin yeni mühərrikini təqdim etmişdir. Eyni zamanda, LMP1 avtomobillərinin çəkisinin azaldılması və aerodinamikasının dəyişilməsi barədə məlumat təqdim edilmişdir.

Belə ki, sportprototiplər 10 millimetr enli olacaqdırlar. Bundan başqa, ön splitterin hündürlüyü 15 millimetr artırılacaq, avtomobillərin çəkisi isə 855 kiloqramdan 830 kiloqrama qədər azalacaqdır. Əlavə olaraq, bu kateqoriyada çıxış edən özəl komandalara DRS sistemindən istifadə etməyə icazə veriləcəkdir.

2013-cü iləd Le-Man marafonunda GreenGT H2 hidrogen prototipi çıxış etməli idi. Lakin, avtomobilin yaradıcıları onu starta qədər hazırlaya bilməmişdirlər. Keçən il BMW  şirkətinin yenidən bu yarışlara qayıdacağı barədə saiyələr yayılmışdır. Təsdiq edilməyən məlumata əsasən, Bavariya istehsalçısı 2018-ci ildə hidrogen prototipi ilə marafonda iştirak etmək niyyətindədir.

LMP2 kateqoriyasının yeni mühərriki

GreenGT H2