Audi komandası gözlənilməyən hadisələrlə bol olan dözümlülük çempionatının Spa-Frankorşamps trekində keçirilən növbəti mərhələsinin qalibi olmuşdur. Altı saatlıq marafonun sonunda damalı finiş bayrağını ilk görən pilot 8 nömrəli Audi e-tron quattro sportprototipnin pilotu Oliver Carvis oldu. Finiş xəttini keçən Audi pilotu Porsche komandasının ikinci heyətini iki dövrə qabaqlayaraq növbəti qələbəni İnqolştat komandasının hesabına yazdırmışdı.

Romen Dyümanın idarə etdiyi Porsche 919 Hybrid prototipi güc aqreqatı ilə yaşanan problemlərə baxmayaraq yarışı ikinci tamamlamağı bacarmışdı.  Bu yarış boyu baş vermiş çoxsaylı nasazlıqlardan yalnız biri olmuşdur.

Altı saatlıq marafon ərzində LMP1 kateqoriyasında çıxış edən komandaların əksər hissəsi nasazlıqlarla üzləşmişdirlər.  Ən azı hər üç istehsalçının avtomobillərindən biri bokslara təmir üçün qayıtmağa, ən pis halda isə yarışı tərk etməyə məcbur olmuşdurlar.   

Audi komandasının 8 saylı heyəti yarışın qurtarmasına iki saat qalmış liderlik edən Kazuki Nakacimanın Toyotasının mühərrikinin ömrünü sizlərə bağışlamasından sonra ilk sıraya yüksəlmiş oldular. Bu zaman Toyota sportprototipi bu zaman 1 dövrə üstünlüklə irəlidə idi. Bundan bir saat sonra yapon komandasının ikinci avtomobili elektronika ilə baş vermiş nasazlıq üzündən yarışı tərk etmiş oldu.  

Porsche komandasının da hər iki avtomobilində texniki problemlər yaşandı. Hətta Audi komandasının ikinci heyəti də avtomobilin alt hissəsini təmiri ilə əlaqədar bokslarda vaxt itirməli oldular. Bu da azmış kimi, yarış boyu çoxlu sayda qəzalar oldu ki, bu hadisələr də Carvisin üzvü olduğu heyətin xeyrinə işlədi. Lakin, nasazlıqlar 8 nömrəli Audi avtomobilindən də yan keçməmişdi - onlar yarışın son saatlarında zədələnmiş arxa paneli dəyişmək üçün bokslara qayıtmalı olmuşdular.

Nəticədə, Carvis, di Qrassi və Düvalın daxil olduğu heyət rəqibləri üzərindəki üç dpvrəlik üstünlüyün ikisini itirmiş oldular. Buna baxmayaraq, mövcud olan üstünlük qələbə üçün yetərli oldu.

Mark Libin, Nil Yani və Romen Dümanın avtomobilindəki nasazlıq hələ startdan 15 dəqiqə əvvəl özünü biruzə vermişdi və bu səbəbdən də sportprototip bütün yarışı azaldılmış güc ilə çıxış etmişdi.  Rəqiblərinin yaşadığı problem sayəsində Porsche komandasının ikinci heyəti podiumun ikinci pilləsinə qalmağa  müvəffəq oldu.  Ancaq, LMP1 kateqoriyasında zzavod komandalarının yaşadığı problemlərdən ən çox faydalanan Matteo Tuşer, Dominik Krayheymer və Aleksandr İmperatorinin üzvü olduğu Rebellion Racing özəl komandasının heyəti oldu.

Podium əldə etmiş Rebellion Racing komandasının birinci heyətinin arxasınca onların komanda yoldaşları olan Nikolya Prost, Nelson Pike-junior və Nik Haydfeldin daxil olduğu heyət dördüncü yerə sahib oldu.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt