Porsche komandası, sabah Belçikanın Spa-Frankorşamps trekində keçiriləcək altı saatlıq yarışın start cərgəsinin ilk sırasını tamamilə zəbt etməyə müvəffəq olmuşdur. Sıralama turlarının nəticəsinə görə, Brendon Hartli və Timo Bernhard öz komanda yoldaşları Nil Yani və Mark Libi 0,797 saniyə üstələyə bilmişdirlər. Hartli dövrəni 1:55,691 dəqiqə, Bernhard isə 1:55,895 dəqiqə vaxtla qət edəcək ortalama 1:55,793 dəqiqə vaxt göstərə bilmişdirlər.

«Başa vurduğum dövrənin ideal olduğunu söyləmək olmaz. Yəqin ki, hər kəs sürətli dövrə zamanı problemlərlə üzləşmişdir. - deyən Hartli damav etmişdir. - Mən Timo ilə, demək olar ki, eyni vaxt göstərmişik, lakin komanda yoldaşlarımız ilə aramızda olan vaxt fərqi bir qədər gözlənilməz oldu».  Şənbə günü küçirilən təsnifat mərhələsində üçüncü yeri, 1:57,689 dəqiqiə vaxtla, Toyota komandasının nümayəndələri Kamui Kobayaşi və Stefan Sarrazan tutmuşdurlar. Audi komandasının ən yaxşı vaxt göstərmiş nümayəndələri Olivye Carvis və Loik Düval Toyota komandasının heyətinə 0,1 saniyə uduzmuşdurlar.

Start cərgəsindəki beşinci yeri Əntoni Dəvidson, Sebastyen Buemi, Kazuki Nakadcimadan ibarət Toyota komandasının ikinci sportprototipinin heyəti, altıncı yeri isə Marsel Fassler, Andre Lotterer və Benua Treluyedən ibarət olan Audi komandasının heyəti tutmuşdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt