Dəbdəbəli superyaxtalar üçün dəbdəbəli interyer dizaynı hazırlayan Winch Design studiyası yenidən gücünü işguzar aviasiyada sınamaq qərarına gəlib. Bu dəfə studiyanın seçimi ACJ 319 layneri olub - dizaynerlərin səyi nəticəsində laynerin salonu əsl özəl centlmen klubuna çevrilib. "Müştərilərimizin, quruda, suda və havada həyat tərzini və istəklərini əks etdirən qüsursuz məkanlar" manifesti ilə çıxış edən studiya, bu layihə ilə dekorativ incəsənətdə əldə etdikləri nailiyyətləri nümayiş etdiriblər.
Winch Design studiyasında uçuşlara romantik şəkildə yanaşırlar. Onlar hava ilə səyahətləri aviasiyanın qızıl dövrü adlandırılan 1950-1960-cı illərdən gələn əsl incəsənət adlandırırlar. Dizaynerlərin fikrincə, təyyarələr sadəcə nəqliyyat vasitəsi deyil, eyni zamanda, yaşamaqdan həzz və ilham ala biləcəyiniz səmadakı real saraylardır. ACJ 319 üçün yaradılmış Atlas Jet layihəsi bütün bu istəkləri təcəssüm etdir və nəticədə həm iş, həm də istirahət üçün rahat olan çoxfunksiyalı bir məkan alınıb.
İnteryerdə isə, Winch Design studiyası öz korporativ dizaym üslubunu klassik centlmen klublarının elementləri ilə ahəngdar şəkildə birləşdirir: təyyarədə toxunmaqdan həzz alacağınız dəri ilə üzlənmiş səthlər, isti rənglərdə mebel, mülayim işıqlandırma, rahat kreslolar və yataq otağına aparan gizli qapılar kimi fəaliyyət göstərən kitab rəflərindən ibarət olan həqiqi kitabxana da vardır.
Centlmen dəstinə qonaq otağı, kinolifmlərə baxmaq üçün salon və zərif üslubda dizayna malik olan memarlıq elementləri daxildir.