World Car of the Year (WCOTY) müsabiqəsinin təşkilatçıları bu ada iddialı olan avtomobillərin siyahısını açıqlayıb. İlkin olaraq, bu avtomobillər arasından finalistlər seçiləcəkdir. Müsabiqənin qalibi gələn il aprel ayında keçiriləcək Nyu-York avtosalonunda elan ediləcəkdir.
Bu ilki namizədlər arasında Audi markasından olan dörd model vardır. BMW, Kia və Toyota şirkətləri isə hər biri üç modellə müsabiqəyə qatılıblar. “İlin avtomobili” nominasiyası ilə yanaşı 85 ölkəni təmsil edən jurnailstlərdən ibarət olan münsiflər heyəti dünya üzrə “İlin lyuks avtomobili”, “İlin idman avtomobili”, “İlin yaşıl avtomobili” və “İlin şəhər avtomobili” nominasiyalarında qalibləri seçəcəkdirlər. Ən maraqlısı odur ki, namizədlər arasında hələ debüt etməiş modellər də vardır. Bunlara misal olaraq, Audi e-tron və BMW 3-Series modelinin yeni nəslini göstərmək olar.
“İlin avtomobili” adına namizədlər Acura RDX, Audi e-tron, Audi A1, Audi A6, Audi Q3, BMW 3-Series, BMW i8Roadster, BMW X2, Cadillac XT4, Citroen C5 Aircross, Dacia Duster, Ford Focus, Honda Clarity Plug-In Hybrid, Hyundai Santa Fe, Hyundai Nexo, Infiniti QX50, Jaguar E-Pace, Jaguar I-Pace, Jeep Cherokee, Jeep Wrangler, Kia Ceed/Forte, Kia Niro EV, Kia Soul, Lexus ES, Lexus UX, Nissan Altima, Nissan Kicks, Seat Arona, Subaru Forester, Suzuki Jimny, Toyota Avalon, Toyota Carolla, Toyota RAV4, Volvo S60/V60 və Volvo XC40 modelləridir.
“İlin lyuks avtomobili” nominasiyasında Audi A7 Sportback, Audi Q8, BMW 8-Series, Mercedes-Benz GLE, Volkswagen Touareg yarışacaqdırlar.
“İlin sportkarı” adı uğrunda Aston Martin Vantage, BMW M2 Competition, Hyundai Veloster N, Kia Ceed GT və McLaren 720S modelləri mübarizə aparacaqdırlar.
“İlin yaşıl avtomobili” nominasiyasında Audi e-tron, BMW i8 Roadster, Honda Clarity Plug-In Hybrid, Honda Insight, Hyundai Nexo, Jaguar I-Pace, Kia Niro EV, Lexus ES Hybrid, Lexus UX Hybrid, Toyota Avalon Hybrid, Toyota RAV4 Hybrid modelləri yarışacaqdırlar. “İlin şəhər avtomobili” nominasiyasında Audi A1, BMW X2, Kia Soul, Seat Arona, Suzuki Jimny modelləri mübarizə aparacaqdır.