World Car of the Year (“Dünyada ilin avtomobili”) müsabiqəsinin münsiflər heyəti 2022-ci il mövsümündə qələbəyə iddialı olan namizədlərin siyahısını açıqlayıb. Avtomobillər altı kateqoriyada, o cümlədən elektromobillər üçün nəzərdə tutulmuş ayrıca kateqoriyada yarışacaqlar. Qaydalara görə, müsabiqədə iştirak edən avtomobillərin illik tirajı ən azı 10 min nüsxə olmalı, habelə onlar planetin ən azı iki əsas regionunda və müxtəlif qitələrdə satılmalıdırlar. Münsiflər heyəti yekun nəticəsini 13 aprel 2022-ci il tarixində elan edəcəkdir.

Dünyanın ən yaxşı avtomobili adı uğrunda Audi Q4 e‑tron, Cupra Formentor, Ford Mustang Mach‑E, eləcə də Genesis G70, Honda Civic və Ioniq 5 modelləri mübarizə aparacaqlar.Bundan əlavə, Hyundai Tucson Kia EV6, Lexus NX, həmçinin eyni platformada inşa edilmiş Toyota GR 86 və Subaru BRZ kupeləri də mübarizəyə qatılacaqlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Müsiflər heyəti elektromobillər kateqoriyasıında yarışmaq üçün Audi e‑tron GT, BMW iX, Ford Mustang Mach‑E, habelə Hyundai Ioniq 5 və Mercedes-Benz EQS modellərini seçiblər. 2022-ci ilin ən yaxşı dizaynı kateqoriyasında demək olar ki, yuxarıda adı çəkilən bütün “batareyalı” avtomobillər istirak edir. Onlara  Audi Q4 e‑tron və Kia EV6 modellərini də əlavə ediblər.

Ən yaxşı şəhər avtomobili Dacia Sandero, Opel Mokka, Renault Kiger, həmçinin Toyota Yaris Cross və ya Volkswagen Taigun modeli ola bilər. Audi Q5 Sportback, BMW iX, Genesis GV70, Mercedes-Benz EQS və Volvo C40 Recharge modelləri dünyanın ən yaxşı premium avtomobili adı uğrunda mübarizə aparacaqlar. Planetin əsas idman avtomobilləri siyahısına Audi e‑tron GT, BMW M3/M4, Porsche 911 GT3, eləcə də Toyota GR86/Subaru BRZ və Volkswagen Golf GTI/R daxil ediliblər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.