Volkswagen şirkətinin dünya rallisini tərk etməsindən sonra Ford şirkətinin komandasına keçən Sebastyen Ojye, 2017-ci ilin ilk mərhələsi olan Monte-Karlo rallisinin qalibi olmuşdur. Onun komanda yoldaşı Ott Tyanak yarışların son günü mühərriklə yaşadığı problemlər ucbatından üçüncü olmuşdur. Tyanak Ojyeyə demək olar ki üç dəqiqə uduzmuşdur.
On yeddi illik fasilədən sonra dünya rallisinə qayıdan Toyota komandası birinci mərhələni ikinci yerdə bitirməyi bacarmışdır. Yapon komandasının Finlyandiyalı pilotu Yari-Matti Latvala komandaya ikinci yeri gətirmişdir.
Həftə sonunun nəticələrinə görə o, Ojyedən 2 dəqiqə 15 saniyə yavaş olmuşdur. Dördüncü yeri Hyundai i20 WRC avtomobilində çıxış edən Dani Sordo tutmuşdur. İlk beşliyi tamamlayan pilot isə Citroen DS3 hetçbekinin pilotu Kreyq Brin olmuşdur. Yeni mövsümdə yaşanan problemlər ucbatından DS3 modelini C3 modeli ilə əvəz etmiş Citroen şirkətinin komandası doqquzuncu yerdən yuxarı qalxa bilməmişdir. Bu yeri, yarışların ilk günü mufta ilə problem yaşayan Stefan Lefebvr tutmuşdur. Lefebvrin komanda yoldaşı olan Kris Mik yarışların sonuncu günü ümumiyyətlə start ala bilməmişdir. Asmanın sınması ucbatından pilot yarışmaqdan imtina etməyə məcbur olmuşdur. Pilot yol hissəsində yarış avtomobili olmayan adi avtomobillə qəzadan sonra yarışı tərk etmişdi.
WRC çempionatının növbəti mərhələsi 9-12 fevral tarixlərində İsveçdə keçiriləcəkdir.