Bu həftəsonu keçirilən Portuqaliya rallisində DMACK komandasının pilotu Elаin Evans liderliyə yüksəlmişdir. Qeyd etmək lazımdır ki, şeykdaundan liderlik edən Yari-Matti Latvalanı birinici Xüsusi Hissədən sonra digər Ford Fiesta WRC pilotu Sebastyen Ojye əvəz etmişdir.
Fransız pilot 1,75 milometrlik asfalt və çınğıllı hissəni rəqibləri Dani Sorfo və Elfin Evansdan 0,9 saniyə yeyin qət etmişdir.
Elfin Evans isə Sebastyen Ojyenin stenoqrammadakı səhvin ucbatından yoldan çıxaraq arxa düşməsindən sonra liderliyə yüksəlmişdir. Onu təqib edən Dani Sordo (Hyundai i30 WRC) və Kris Mik (Citroen C3) problemlər yaşadıqdan sonra isə Evans aranı açaraq liderliyini möhkəmlətmiş oldu. İlkin olaraq Sordo daşın üstündən keçərək sükan qolunu zədələdi, sonra isə Mik Santa Rosa dopunda yoldn çıxaraq öz Citroen’nini möhkəm zədələdi. Mik altı dəqiqə geridə qalsa da sonradan yenidən yarışa qayıda bildi.
Toyota Yaris WRC pilotu Yari-Matti Latvala birinci dopdan sonra zədələnmiş avtomobilə baxmayaraq ikinci yerə qalxmağa müvəffəq oldu. Fin səhər beş avtomobildən ibarət qrupda yarışsa da, sonunda olnlardan uzaqlaşmağa imkan tapdı. Sebastyen Ojye isə liderləri təqib etməkdə davam edir və ara məsafəsini azaltmağa müvəffəq olmuşdur.
Bu arada Mads Ostberq və Ott Tanyak (hər ikisi M-Sport komandası) arasında üçüncü yer uğrunda güclü mübarizə gedirdi. Onların hər ikisini Ojyedən 3,5 saniyə ayırırdı. Tanyak iki sonuncu XH-ləri uğurla keçərək yüksəlməyə müvəffəq oldu. Argentina rallisinin keçən ilki qalibi Hayden Paddon yarışa yaxşı başlasa da ikinci dopda qəzaya uğrayaraq iki dəqiqə yarım geridə qalmışdır.
Şənbə günü qələbə ilə başlayan Evans sonradan təkərin deşilməsi uçbatından vaxt itkisinə məruz qaldı. Bu da azmış kimi, bir müddət sonra səhv buraxan pilot yenidən təkəri deşmiş oldu. Beləliklə, onun Tyerri Nevil üzərində olan üstünlüyü 44,1 saniyəyə düşmüş oldu. Tyerri Nevil isə əl əyləci ilə problem yaşayan Ostberqi arxada qoymağı bacarmışdır. Norveçlıi Nevilə çatmaq üçün əlindən gələni edərək aranı 8,9 saniyəyə qədər azaltmağa müvəffəq oldu.
Sebastyen Ojye qarşısına çıxan köpəyi vurmamaq uçun yavaşlamalı olmuş, sonra isə yerində dönmüşdür. Bu səbəbdən də o dördüncü yeri Ott Tanyaka vermək məcburiyyətində qalmışdı.