Citroen şirkəti C3 hetçbekinin bazasında yaradılmış yeni ralli avtomobilinin son variantını təqdim etmişdir. Avtomobil WRC çempionatının yeni reqlamentinə əsasən hazırlanmışdır. Növbəti mövsümdə fransız istehsalçısı çempionatda üç avtomobillə çıxış edəcəkdir.
Yeni mövsümdə Citroen komandasının pilotları Kris Mik, Stefan Lefebvr və Xalid Əl-Qasımi olacaqdır. Yeni ralli bolidi sentyabr ayında nümayiş etdirilmiş C3 WRC prototipinin dizyn üslubunda yaradılmışdır. Bununla belə, son variant prototipdən bamperlərin, təkər tağlarının və iri antiqanadın daxil olduğu aerodinamik dəstin dizaynı ilə seçilir. Hetçbek rəqiblərin avtomobilləri kimi 380 at qüvvəli turbomühərrik və aktiv mərkəzi differensialı olan tam çəkiş sistemi ilə təchiz edilmişdir. Yeni ralli avtomobili testlər zamanı 9,5 min kilometr yürüş etmişdir. Gələn mövsümün başlanğıcında Citroen Racing yarışlarda iki avtomobillə çıxış edəcəkdir. Lakin, Portuqaliyada keçirilən mərhələdən başlayaraq komanda üç avtomobil ilə yarışacaqdır. Fransızların rəqibləri Yuxo Hannkinenin və Yari-Matti Latvaalanın çıxış etdiyi Toyota komandası, Heyden Paddon, Dani Sordo və Tyerri Nevillin üzvü olduğu Hyundai komandası və nəhayət dördqat dünya çempionu Sebastyen Ojyenin üzvü olduğu Ford komandası olacaqdır.