Bu gün Che Guevara Energy Drink Tour de Corse, və yaxud qısaca desək, Korsika Rallisinin son iki 9 və 10-cu xüsusi hissəsi keçirilmişdir. Səkkizinci xüsusi hissədən sonra liderliyi ələ keçirmiş Hyundai komandasının belçikalı pilotu Tyerri Nevil üstünlüyünü qoruyaraq Korsika Rallisinin qalibi olmuşdur.

XH8 və XH9 qalib gələn Hyundai pilotu, çempionatda Cənubi Koreya markasının ilk qələbəsini təmin etmiş oldu. XH10-da artıq qələbənin o qədər əhəmiyyəti olmadığı üçün, artıq təzyiqdən yaxa qurtarmış Nevil rahatlıqla ikinci olan Ojyedən ara məsafəsini artırmağa belə müvəffəq oldu.

Sebastyen Ojye isə ardıcıl şəkildə yaşadığı problemlərə baxmayaraq Korsikada ikinci olmağı bacardı. Finişdə qalib ilə ikinci yerin sahibini 54,7 saniyə ayırırdı. Ojye bu gün də problemlərlə üzləşmişdi . Onun bildirdiyinə görə «mühərrik gücünü itirmiş, turbokompressor ilə əl əyləci çalışmırdı». 

Bu problemlər üçüncü yerdə yarışa davam edən digər Hyundai pilotu Dani Sordoya fransıza çatmaq şansı versə də, ispan pilot buna nail ola bilmədi. Finişdə iki pilotu 1,3 saniyə ayırırdı. Beləliklə, Sordo üçüncü yerdə finiş görərək Hyundai komandasının daha bir uğuruna imza atdı. XH10-da qalib gələn Toyota komandasının pilotu Yari-Matti Latvala Korsika Rallisini dördüncü yerdə bitirmiş oldu. İlk onluğa daxil olan digər pilotlar Kreq Brin (Citroen Total Abu Dabi WRT), Heyden Paddon (Hyundai Motorsport), Andreas Mikkelsen (Şkoda Motorsport), Teemu Suninen (M-Sport World Team Rally), Stefan Sarrazen (Sarrazin Motorsport) və Yoan Rossel (Rossel Citroen) oldular.

Mövsümün növbəti mərhələsi 27-30 aprel tarixində Argentinada keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt