Hyundai komandasının pilotu Tyerri Nevil Korsika Rallisində səkkiz xüsusi hissədən sonra liderliyini davam etdirir.
Nahardan sonrakı birinci xüsusi hissədə Sebastyen Ojye belçikalı pilot ilə olan ara məsafəsini altı saniyə azaltmağa müvəffəq olsa da, səkkizinci XH-də fransız pilot ötürmələrdəki problemlərlə üzləşmişdir. Bu da azmış kimi, Ojyenin Ford Fiesta WRC avtomobilində ön ötürmə işləmir. Belə bir şəraitdə Sebastyen Nevilli təqib etməyi buraxıb itkilərin minimallaşdırılması üzərində diqqətini cəmləmişdir. Beləliklə, finişə iki xüsusi hissə qalmış iki pilot arasındakı fərq 38,9 saniyə təşkil edir. Nevilin komanda yoldaşi Dani Sordo üçüncü yerdədir. O, Ojyedən 18,8 saniyə geridə qalır.
Dördüncü yerdə isə, İsveç rallisinin triumfatoru Yari-Matti Latvala davam edir. Buna baxmayaraq fin pilot liderə 1 dəqiqə 9 saniyə uduzur. Fin pilot nahar fasiləsindən sonra avtomobilin özünü yaxşı aparıdğını bildirmişdir. Bunun əsas səbəbi komandanın arxa differensiala etdiyi dəyişiklikdir.
Citroen komandasının pilotu isə beşinci yerdə qərarlaşmışdır. Digər Hyundai pilotu Heyden Paddon altıncı, WRC2 kateqoriyasında liderlik edən Andreas Mikkelsen isə yeddinci yeri tutur. İlk onluğu Suninen, Sarrazen və Rossel tamamlayır.