Hyundai komandasının belçikalı pilotu Tyerri Nevil Korsika rallisinin liderliyinə yüksəlmişdir. Nevilin liderliyi əldə etməsinin əsasə səbəbi cümə günü liderlik edən Citroen komandasının pilotu Kris Mikin yaşadığı mühərrik problemi olmuşdur.

Kris Mik cümə günü keçirilmiş iki xüsusi asfalt hissəsində (XH) liderliyə yüksəlmişdir.

Citroen pilotu səhər keçirilən Pietrosella-Albitreccia və Plage du Liamone-Sarrola-Carocpino hissələrində yeyin olmuşdur. Hər kəsin britaniyalı pilotun qələbəsindən əmin olduğu bir şəraitdə Mik gözlənilmədən mühərrik problemi yaşayaraq yarışdan kənar qalmışdır.

Şənbə günü Nevil səhər hissəsini liderə 25 saniyə uduzaraq başlasa da, iki XH-də əldə etdiyi qələbədən sonra aradakı fərqi minimuma endirə bilmişdir. Eyni zamanda, belçikalə ikinci yer uğrunda mübarizədə qüvvədə olan dünya çempionu Sebastyen Ojyeni geridə qoya bilmişdir.

Kris Mikin dramatik şəkildə 6 saylı xüsusi hissədə (XH6) yarışı tərk etməsindən sonra Hyundai pilotu asanlıqla liderliyi ələ keçirmişdir.

Kris Mik (Citroen)

Hyundai komandasının digər pilotu Dani Sordo da komanda yoldaşının liderliyi ələ keçirməsindən sonra üçüncülüyə yürsəlmişdir. Avtomobilinin özünü aparmasından şikayətlənən ispan pilot Citroen komandasının pilotu Kreq Brini qabaqlamışdır. Kreq, Kris Mikin yarışı tərk etməsindən və Stefan Lefevrin beşinci XH-dəki qəzasından sonra fransız komandasının Korsika rallisində iştirak edən yeganə pilotudur. Hazırda təsnifat cədvəlindəki beşinci yeri İsveç rallisinin qalibi Yari-Matti Latvala tutur.

Toyota pilotu əyləclərlə yaşadığı problemlərdən şikayətçidir və Brinə 10,7 saniyə uduzmuşdur. Hyundai komandasının üçüncü nümayəndəsi olan Heyden Paddon hər iki xüsusi hissəni Latvaladan yeyin keçsə də, 14,6 saniyəlik geridəqalma ilə altıncıdır. Ümumi təsnifatda yeddinci yerə WRC2 kateqoriyasının lideri Andreas Mikkelsen yüksəlmişdir. Şkoda Fabia R5 avtomobilində çıxış edən norveçli ən yaxın təqibçisi olan Teema Sunineni qabaqlayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt