Keçən həftəsonu Meksikada keçirilən Dünya ralli çempionatının (WRC) dördüncü mərhələsi Citroen komandasının irlandiyalı pilotu Kris Mikin qələbəsi ilə başa çatmışdir. El Chocolate xüsusi hissəsində (XH) əldə etdiyi üstünlük Mikə qələbəni gətirən əsas amil olmuşdur.
Meksika mərhələsində Citroen C3 pilotunun rəqiblərinin üzləşdikləri mühərrikin qızması problemi irlandiyalı pilotdan yan keçmişdir. Yavaş döngələrə və dəniz səviyyəsindən yüksəklikdə yarışmaq mühərriklərin soyudulmasında ciddi problemlər yaratmışdı. Elə bu səbəbdən də müəyyən xüsusi hissələrdə bir çox pilotlar hücum etmək əvəzinə mühərriklərini qorumaq üçün yavaş sürətlə hərəkət etməyə üstünlük vermişdirlər. Hətta, qüvvədə olan dünya çempiotuvə Ford M-Sport komandasının pilotu Sebastyen Ojye bəzi düzlüklərdə adı yol rejimində hərəkət etdiyini bildirmişdir.
Kris Mik isə, rəqiblərinin üzləşdiyi problemlərdən yararlanaraq ikinci yerdə olan Sebastyen Ojye ilə arasını 40 saniyə qədər açmağa müvəffəq olmuşdur. Bu üstünlüyün digər bir səbəbi də Ojyenin səhv buraxaraq 10 saniyə itirməsi olmuşdur. Bununla belə, finişdə iki pilotu 13,8 saniyə ayırmışdır, çünki finişə 750 metr qalmış Mik səhv nəticəsində yoldakı çəpəri aşaraq ziyarətçilərin avtomobillərinin park zonasına girmişdi. Parkinqdən çıxış axtaran Kris bir müddət avtomobillərin arası ilə dolaşdıqdan sonra çəpərdəki açığı görərək yola çıxmağa müvəffəq olmuşdur.
«Mən çılğınlıqla park edilmiş avtomobillərin arasından çıxış yolu axtarırıdım. Nəhayət çəpərdəki boşluğu görən kimi dərhal yola qayıtmağı bacardım. Bu günlərdə bəxtimiz gətirdi desəm yanılmaram» - dəyən Kris Mik düşdüyü vəziyyət barədə izahat vermişdir.
Beləliklə, Meksika rallisində ikinci yeri Sebastyen Ojye, üçüncü yeri isə Tyerri Nevill (Hyundai) tutmuşdurlar. Belçikalı ilk iki mərhələdə düçar olduğu uğursuzluqların yükünü nəhayət üzərindən atmış oldu. Ojye isə ikinci yer sayəsində Yari-Mati Latvalanı keçərək sürücülər çempionatında liderliyə yüksəlməyi bacardı. Ojyenin komanda yoldaşı eston Otto Tanyak mərhələni dördüncü bitirərək komandaya gərək olan vacib xalları gətirmiş oldu.Tanyakın ardınca bir dəqiqəlik gecikmə ilə Heyden Paddon (Hyundai) beşinci olaraq tamamlamışdır.
Toyota Gazoo Racing komandasının pilotları Latvala və Hanninen altıncı və yeddinci olaraq finiş görmüş oldular. Mühərrikin qızması və əyləc problemləri ilə üzləşən Toyota pilotları yarış boyu bu problemlərlə mübarizə aparmalı olmuşdurlar. Dünya rallisi yenidən Avropa qitəsinə qayıdır və növbəti mərhələ 6-9 aprel tarixlərində Korsika adasında keçiriləcək mərhələ olacaqdır.