WRC üzrə sördqat dünya çempionu Sebastyen Ojye M-Sport Rally Team ilə növbəti sezon üçün müqavilə imzalamışdır. Xatırladaq ki, bir müddət əvvəl, Ojyenin üzvü olduğu Volkswagen şirkətinin avtomobil idmanına cavabdeh olan bölümü WRC-dəki proqramına son vermişdir.

Sebastyen Ojye yeni Ford Fiesta RS WRC yarış avtomobilini noyabr ayının sonunda Uels yollarında sınaqdan keçrimişdir. Bununla yanaşı, pilot bu həftə İsveçrədə testləri başlamağı planlaşdırır.  Sebastyen Ojye: «Bu mövsümdə çoxlu yeniliklər olacaqdır. Bu səbəbdən də mövsümü daha tez başlamaq istəyirəm. Yeni mövsümdə növbəti nəsil avtomobillərdə yarışacağıq, həm də yeni komandada çıxış edəcəyəm. Monte Karlodakı rallinin başlanmasına az qalmışdır, bununla belə biz Ford Fiesta WRC modelinin sükanının arxasında az vaxt keçirmişəm. Çalışacağıq ki, yarışların başlanmasına tam hazırlıqlı olaq.

Biz artıq hansı çətinliklərlə üzləşəciyimizi bilirik, lakin Malkolm Uilson entuazimlə doludur və uğura köklənmişdir. Qəribədir ki,bir neçə ay bundan əvvəl, Böyük Britaniya rallisi zamanı forumda onunla işləməyin maraqlı olacağını yazmışdım. O zaman bunun belə tez baş verəcəyini gözləmirdim. Mən səbirsizliklə M-Sport komandası ilə işə başlayacağım vaxtı gözləyirəm. Məqsədimiz komandanı yüksək pilləyə qaldırmaqdır».

32 yaşlı pilot noyabr ayında Toyota Yaris WRC avtomobilini test etsə də, sonunda onun seçimi M-Sport olmuşdur. Qeyd etmək lazımdır ki, VW komandasının çempionatı tərk etməsi xəbəri yayılan kimi Uilson Ojye ilə işləmək istədiyini bəyan etmişdi. O bu əməkdaşlığın komandanı lider mövqeyinə çıxaracağından əmindir. Xatırladaq ki, M-Sport 2012-ci ildən başlayaraq çempionatda qələbə qazana bilməmişdir.