Toyota şirkəti 17 illik fasilədən sonra ralli üzrə dünya çempionatına (WEC) geri dönür. Bu gün yapon istehsalçısı çempionatda çıxış edəcək yarış avtomobilini təqdim etmişdir. Yapon kollektivi bu yarışlara xüsusi hazırlanmış Yaris hetçbeki ilə qatılacaqdır.

Toyota Yaris WRC 380 at qüvvəsi gücü və 425 Nm fırlanma anı olan 1,6-litrlik turbomühərriklə təchiz edilmişdir. Güc aqreqatı altı pilləli sekvental ötürmələr qutusu ilə birgə çalışacaqdır. Bununla belə, yapon istehsalçısı avtomobilin dinamik xüsusiyyətləri barədə açıqlama verməmişdir. Toyota Yaris WRC yarış avtomobilinin maksimal sürəti 201 km/saat təşkil edir. Bundan əlavə, Toyota ralli komandası pilotlar heyətini də elan etmişdir. Yapon istehsaıçısının rənglərini Yuho Hənninen və Kay Lindstrem, həmçinin Yari-Matti Laatvala və Miikka Anttila müdafiə edəcəkdirlər. Komandanın debütü 19 yanvar tarixində başlayacaq Monte-Karlo rallisində baş tutacaqdır. Gələn ilin yazında Toyota Motorsport üçüncü avtomobili də yarışlara çıxarmaq niyyətindədir. Bu avtomobili Esapekki Lappi və Yanne Ferma idarə edəcəklər.

Toyota dünya rallisinə qayıtmaq barədə niyyətini 2015-ci ilin əvvəlində bildirmişdi. Bu ilin payızında yaponlar Yaris WRC modelinin ilk prototipini təqdim etmişdilər. Toyota komandasının rəhbəri dördqat dünya çempionu Tommi Məkinen təyin edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt