Miniatür Wuling Hongguang Mini EV modeli yeni satış rekordlarına imza atmağa davam edir. Keçən il Çində 426.484 ədəd belə avtomobil satılıb ki, bu da Tesla şirkətinin göstəricilərindən dəfələrlə çoxdur. Bu səbəbdən də, Wuling şirkəti miniature elektrokarın varisi barədə düşünmür və onun əvəzinə ciddi modernləşdirməyi planlaşdırır.

Dəyikliklər əsasən güc aqreqatı və batareya təsir edəcəkdir. Hunguang Mini EV modeli 26,5 kilovat-saatlıq batareyanı almalıdır ki, bu da onun gediş ehtiyatını 280 kilometrə (CLTC dövrünə əsasən) qədər artırmalıdır. Bu çox ciddi artımdır, çünki hazırda elektrokar 120-170 kilometr arasında gediş məsafəsini təm edən dörd variantda batareya ilə təchiz olunur.

Yeni batareyadan əlavə, Wuling Hongguang Mini EV modeli yeni LED işıq texnikasına sahib olacaqdır. Salonda başqa naxışları olan oturacaqlar, yeni sükan çarxı, başqa cihazlar paneli, dəyişdirilmiş qapı kartları və bahalı ayaqaltılar peyda olacaqlar.

Bundan başqa, Wuling şirkəti konsepti keçən il nümayiş etdirilmiş kabrioletin də seriya istehsalına başlamalıdır. Kabriolet də 26,5 kilovat-saatlıq batareyanı və 41 at qüvvəli elektrik mühərrikini alacaqdır. Avtomobilin çəkisi 205 kiloqram artaraq 925 kiloqrama çatacaqdır. Bununla belə, Wuling Hongguang Mini EV modeli 27 at qüvvəli mühərriklə kifayətlənməli olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lakin yeniliklər bununla bitmir! Çin istehsalçısı adi hetçbekin Gameboy adlı xüsusi versiyasının buraxılacağını bildirib. Gameboy versiyası üçün mühərrikin gücünü 33 at qüvvəsinə qədər artırıb və elektromobilin xarici görkəminə yenidən əl gəzdiriblər.  Belə dəyişikliklər populyar balacanın ömrünü uzatmalıdırlar, lakin tələbatı carıdan korluq çəkməyən miniatür hetçbekin rəqiblər də yatmırlar – onların sayı günbəgün çoxalmağa davam edir.

Hətta, brutal ofrouderlərin istehsalçısı olan BAW şirkəti də Wuling piroqundan bir parça qoparmağa çalışır – bu şirkət təkcə ultrayığcam ölçülərə deyil, həm də böyük tutuma və dəbli görünüşə üstünlük verir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.