SAIC və General Motors şirkətlərinin təsis etdiyi Wuling brendi Xing Chi krossoverinin xarici görünüşünü nümayiş etdirib. Bu, brendin yenidən canlandırma strategiyası çərçivəsində buraxılan dördüncü model olacaqdır. Xing Chi modelinin qiyməti və təchizatı barədə məlumat hələlik ddərc edilməyib: təfərrüatlar bu ilə planlaşdırılan satışların başlanmasına yaxın açıqlanmalıdırlar.

Wuling Xing Chi krossoverinin başlıca vəzifəsi çinli gəncləri bu markasının sıralarına cəlb etməkdir. Çin markası onlara dəbli dizayna və parlaq rəng palitrasına malik olan əlçatan avtomobil təklif etmək niyyətindədir.

Image alt Image alt Image alt Image alt Image alt

Hələlik Xing Chi modeli haqqında təfərrüatlar çox azdır. Krossover SAIC-GM-Wuling birgə müəssisəsi tərəfindən istehsal olunacaqdır. O, həm adi, həm də idman versiyasında təklif ediləcək, “karbondan” tərtibat elementlərinə, qırmızı əyləc supportlarına, qara dekora və buraxılış sisteminin iki çıxış borusu kimi xarakterik “idman” atributlara sahib olacaqdır.

Təfərrüatlar yeni krossoverin satışlarının başlanmasından öncə açıqlanmalıdır. Təsdiqlənməmiş məlumata görə, Wuling Xing Chi modeli mexaniki ötürmələr qutusu və ya variatorla birlikdə çalışan 1,5-litrlik turbomühərriklə hərəkətə gələcəkdir. Xatırladaq ki, belə konfiqurasiya Çində istehsal olunan avtomobillər üçün xarakterik haldır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.